
“Embawood”la bağlı yeni fakt: qüsurlu malı geri qaytarmır
10:38
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Bu gün gözlənilmədən İraqa gedən ABŞ Müdafiə naziri Eşton Karter Mosulun azad edilməsi üçün İraqa əlavə 560 ABŞ hərbçisi göndəriləcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, Pentaqon rəhbəri yaxın günlərdə Mosulun azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatların başlanacağını istisna etməyib:
"Mosulu mühasirəyə alıb azad etməyi planlaşdırırıq. Əlbəttə, bu, bir müddət vaxt alacaq. Sonra isə yenidənqurma və inşa işlərinə başlayacağıq".
Karter İŞİD-dən azad edilən strateji əhəmiyyətli Kayyara hava bazasının koalisiya ölkələri tərəfindən istifadə olunacağını deyib.
Xatırladaq ki, hazırda İraqda təxminən 3 min ABŞ hərbçisi var. Onlardan 200-ü İŞİD-ə qarşı əməliyyatlarda İraq ordusuna yardım edir.
Tarix
2016.07.11 / 17:54
|
Müəllif
Hacı Qulu
|