Yuxarı

Sabah Azərbaycanda qəzetlər “ağ-qara” çıxacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah Azərbaycanda qəzetlər “ağ-qara” çıxacaq

Türkiyənin Soma şəhərində yerləşən kömür mədənində baş vermiş faciə ilə bağlı Azərbaycanda fəaliyyət göstərən gündəlik qəzetlərin növbəti buraxılışları (red: 16-20 may tarixləri arası) "ağ-qara" çap oluna bilər.

Bir neçə ictimaiyyət nümayəndəsi və millət vəkilləri Azərbaycanda aparıcı qəzetlərin sabahkı buraxılışının "ağ-qara" formatda çıxmasını təklif edib.

Sözügedən məsələ ilə bağlı Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov isə deyib ki, qəzetlərin sabahkı buraxılışlarının "ağ-qara" formatda çap olunması üçün xüsusi məsləhətləşmələrə ehtiyac yoxdur: "Bu, ümumi göstərişlə həyata keçiriləsi məsələ deyil. Bu, məsələ qəzet rəhbərlərinin fərdi istəyi ilə olan məsələdir. Bu məsələni ümumi məsələ kimi gündəmə gətirmək də doğru deyil. Hər bir qəzet öz buraxılışının hansı formatda çıxarılmasında, Türkiyədə baş verən faciəyə münasibətini bildirməkdə və materiallar hazırlamaqda azaddır. Yəqin ki, Azərbaycan mətbuatı da Türkiyədə baş vermiş bu faciə ilə bağlı öz oxucularına sonadək geniş məlumat verəcək. Burada əsas məsələ də məhz budur".

Ə.Amaşov həmçinin Türkiyə xalqına da başsağlığı verib: "Türkiyədə kömür mədənində baş verən faciə bizi də çox üzüb. Türkiyənin faciəsini biz hər zaman öz faciəmiz hesab etmişik. Biz hər zaman "bir millət, iki dövlət" prinsipini əsas götürmüşük. Türk xalqının və dövlətinin başı sağ olsun!".

Xatırladaq ki, Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb. Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub /Publika.az/.

Tarix
2014.05.15 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla