Yuxarı

Sumqayıtdakı internat məktəb belə yandı - VİDEO

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda internat məktəbdə yanğın baş verib.

"Axar.az" məlumat verir ki, yanğın nəticəsində 150 kv.m sahədə internat evinin I mərtəbəsində yerləşən anbarı yanaraq külə dönüb.

7-8-12-ci məhəllələrdə (Birləşmiş məhəllə) Sumqayıt şəhər Fars İngilis Təmayüllü İnternat Məktəbinin yataqxanasında baş verən yanğın təxminən saat 16:45 radələrində başlayıb. Təxminən 30 dəqiqə müddətində alov yanğınsöndürənləri məşğul edib.

Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Tahir Quliyev yanğının səbəblərinin araşdırıldığını söyləyib.

Fövqəladə Hallar Nazirliyi bu yanğınla bağlı açıqlama verib. Rəsmi saytda bildirilir:

"Sumqayıt şəhərində ümumi sahəsi 4000 kv.m olan 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) yataqxana binasının 1-ci mərtəbəsində 3 otaqdan ibarət inventarlar saxlanılan anbarın yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar 100 kv.m sahədə yanmışdır. Yanğın zamanı 3-cü mərtəbədə müvəqqəti məskunlaşmış 15 nəfər məcburi köçkün yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür".

Tarix
2013.11.25 / 20:38
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla