Yuxarı

Tanınmış jurnalistin ailəsində dəhşətli faciə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün telejurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynova Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.
Publika.Az xəbər verir ki, 26 yaşlı gənc qadın Sumqayıtda 1 saylı doğum evinin həkimlərinin səhvinə görə, ölümcül halda bir həftə əvvəl Respublika xəstəxanasına gətirilib.
Xatırladaq ki, bu barədə mətbuata vəfat edən xanımın dayısı qızı,ANS-in keçmiş aparıcısı, eləcə də "Səs" internet televiziyasının "Xəbərlər" bölümünün keçmiş baş redaktoru Məhsəti Şərif məlumat vermişdi: "10 gün əvvəl dayımın qızı Sumqayıtda sezeryanla doğum etdi. Doğumdan sonra qəfildən vəziyyəti pisləşdi. Qan faizi 31-ə düşdü. Həkimlər dedi ki, təcili qan lazımdır. Əməliyyatda çox qan itirib.Qan verilsə də, xəstənin bədəni həmin qanı götürmədi. Təzyiq daha da yüksəyə qalxdı və o, komaya düşdü. Sonra "savadlı" həkimlərimiz dedi ki, mədəaltı vəzində problem var, bir sürü dərman aldırdılar. Amma getdikcə xəstənin vəziyyəti pisləşdi. Bu dəfə də hepatit b diaqnozu qoydular. İki gündə bununla məşğul oldular və bu diaqnoz da yalan çıxdı. Vəziyyət o yerə çatdı ki, artıq dayımqızı ölümcül hala gəldi. Hətta ambulansa da mindirlməyə icazə verilmədi. Səhiyyə Nazirliyinə şikayətdən sonra helikopterlə Respublika Xəstəxanasına gətirildi. Orada məlum oldu ki, qızın iki böyrəyi də işləmir və zəhərlənmə gedir. Bədən də şişib və göyərib. 3 gündür ki, dializ edirlər amma böyrək açılmır. Bu gün yenidən əməliyyat olundu və məlum oldu ki, bizim üzdəniraq həkimlərimiz doğum zaman "sonluq, cift" deyilən şeyi götürməyiblər və qızın içində qalıb, qan zəhərlənib. Hazırda əməliyyat qurtarsa da, hələ də böyrəklər öz fəaliyyətini bərpa etməyib. Ümid edirəm ki, dayım qızı sağalacaq və öz yeni doğulmuş körpəsini qucağına alacaq. İnsallah, o həkimlərində cəzası verilər".
Mərhumun qohumları məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edib.
Allah rəhmət eləsin!
Tarix
2013.10.25 / 22:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla