Yuxarı

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi sürücülərə xəbərdarlıq etdi

Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir.

Axar.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı sürücülərə müraciət edib.

Bildirilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır:

"Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir. Bu səbəbdən sürücülərdən xahiş edirik:

Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin;

Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq yoxlayın;

Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət edin;

Sürət həddini yol və hava şəraitinə uyğun seçin, təhlükəsiz məsafəni qoruyun;

Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində nəzarət və sürücülərlə izahedici söhbətlər davam etdirilir”.

Tarix
2026.01.18 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla