Yuxarı

İstanbul polisinə hücum: 12 ölü, 35 yaralı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:14

İstanbulun Bəyazid bölgəsində polis avtomobilinə hücum olub.

Axar.az xəbər verir ki, yola quraşdırılmış bombanın partlaması nəticəsində polis əməkdaşları yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

***

İstanbulda törədilən terror aktı nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ölən və yaralananların polis və mülki şəxs olduğu hələlik məlum deyil.

Park olunmuş avtomobilin partladılmasından sonra eyni yerdə ikinci partlayış səsi eşidilib.

***

İstanbul valisi Vasip Şahin partlayışla bağlı açıqlama verib.

Vali bildirib ki, baş verən partlayış zamanı 7 polis, 4 mülki vətəndaş həlak olub, 36 nəfər isə yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

***

İstanbulda partlayış zamanı yaralanan Əhməd Bayraqdar adlı mülki şəxs xəstəxanada vəfat edib. Bununla da terror zamanı həlak olanların sayı 12-yə çatıb.

İstanbul polisinin həyata keçirdiyi əməliyyat nəticəsində terrorda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Tarix
2016.06.07 / 17:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla