Yuxarı

Azərbaycan ən viruslu ölkələr üçlüyündə...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan ən viruslu ölkələr üçlüyündə...

Azərbaycanda istifadəçilərin 43,50 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib.

Trend-in məlumatına görə, bu barədə "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən 2014-cü ilin üçüncü rübünün yekunları üzrə "İnformasiya təhlükələrinin inkişafı" icmalında deyilir. İcmala görə, cari ilin II rübü ilə müqayisədə bu göstərici 6,2 faiz artıb.

İcmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma riskinə daha çox məruz qalan 20 ölkə arasında üçüncü yeri tutur. TOP 10-na 46,68 - 30,05 faizlə daxil olan ölkələr - Rusiya, Qazaxıstan, Azərbaycan,Ermənistan, Ukrayna,İran, Vyetnam, Belarus, Moldova və Əlcəzairdir.

Ən böyük yoluxma riskinə məruz qalmış ölkələrin iyirmiliyinə, həmçinin Tacikistan, Qırğızıstan, Monqolustan, Qətər,Özbəkistan, Gürcüstan, Türkiyə, BƏƏ, İndoneziya və Almaniya daxildir. İnternet istifadəçilərinin riskə daha az meyilli olduqları ən təhlükəsiz ölkələr sırasına daxildir: Sinqapur (10,5 faiz), İsveç (12,4 faiz), Danimarka (13.2 faiz), Yaponiya (13,3 faiz), CAR (16,0 faiz), Finlandiya (16,1 faiz) və Niderland (16,6 faiz).

Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət bir rüb ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.

2014-cü ilin III rübündə "Kasperski laboratoriyası" dünyanın müxtəlif ölkələrinə yerləşdirilmiş internet resurslardan həyata keçirilən 367 mindən çox hücumu dəf edib.

Göstərilən dövr ərzində antivirus həlləri istifadəçilərin kompüterində təqribən 1,3 milyard virus hücumu aşkarlayıb. İstifadəçilərin kompüter və mobil qurğularında bloka alınmış zərərli hücumların sayı 26,6 milyonu ötüb.

Tarix
2014.11.19 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan Türkiyəyə...

Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir

Milli Məclisin növbəti iclası başladı

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla