Tramp, Putin və Szinpin görüşü: Dünya yenidən bölünür
10:54
| Ana səhifə Avto |
|
Almaniyanın Bokhum şəhərində yerləşən "Opel" avtomobil
şirkəti bu gün son avtomobilini istehsal edəcək.
Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın
şimalında Bokhum şəhərində 52 ildir fəaliyyət göstərən "Opel"
şirkəti bu illər ərzində 13 milyon 700 min avtomobil istehsal
edib.
Şirkətin bu gün son olaraq "Zafira" modelini istehsal edəcəyi və
birdəfəlik bağlanacağı bildirilib.
Əfsanəvi alman avtomobil istehsalçısının fəaliyyətinə son verməsinə
səbəb şirkətin artan xərcləri və Asiya ölkələrinin istehsal etdiyi
avtomobillərlə bazar rəqabətinə dözə bilməməsidir.
Qeyd edək ki, bir vaxtlar 20.000 işçisi olan şirkətin son ildə
qeydə alınan işçi sayı 3.000 olub.
|
Tarix
2014.12.05 / 15:45
|
Müəllif
Natiq Azəri
|