Yuxarı

“Dilmanc”dan möhtəşəm yenilik

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dilmanc”dan möhtəşəm yenilik

Tərcümə proqramı "Dilmanc" öz proqramlarında yeni nəzəriyyə tətbiq edir. Proqramının yeni versiyası Azərbaycan dilində şifahi nitqi daha keyfiyyətlə mətnə çevirərək tərcümə edə bilir.

Axar.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan dili üçün intellektual texnologiyaların yaradılması ilə məşğul olan "Dilmanc" layihəsi təbii dillərin emalı (Natural Language Processing - NLP) sahəsində ən müasir və effektiv elmi yanaşmalardan olan Dərin Neyron Şəbəkələr (Deep Neural Networks - DNN) nəzəriyyəsini öz proqramlarında tətbiq etməyə başlayıb.

Layihə qrupundan verilən məlumata görə, Dərin Neyron Şəbəkələr yanaşması "Dilmanc" layihəsində ilk olaraq Azərbaycan dilində nitqin tanınması sisteminə tətbiq edilib.

Hazırda bu yanaşmanın köməyilə hazırlanmış "Dilmanc Translator" proqramının yeni versiyasında Azərbaycan dilində şifahi nitqi daha keyfiyyətlə mətnə çevirərək tərcümə edə bilir.

Yaxın vaxtlarda kompüter istifadəçiləri də şifahi nitqi mətnə çevirən "Dilmanc İmla" sisteminin yeni versiyasından istifadə edə biləcəklər. Bu sistem əvvəlkindən həm keyfiyyətinin yüksək olması, həm də bahalı mikrofona ehtiyac olmaması ilə fərqlənəcək. Belə ki, artıq istifadəçilər öz mobil telefonlarını mikrofon kimi istifadə edə biləcəklər. Telefona deyilən şifahi nitqi kompüterdə Microsoft Word və ya bu tipli istənilən digər mətn prosessorunda klaviaturadan istifadə etmədən yazmaq mümkün olacaq. Bu zaman telefon və kompüterin internetə qoşulması kifayətdir.

"Dilmanc" layihəsi hazırda nitqin tanınması sisteminin akustik modelin öyrədilməsi üçün 768 nüvəli qrafik prosessordan, dil modelinin öyrədilməsi üçün isə hər birinin 8 nüvəsi olan 30 serverdən ibarət paylanmış hesablama klasterindən istifadə edir.

Qeyd edək ki, layihənin elmi rəhbəri akademik Əli Abbasovdur.

Tarix
2015.03.03 / 01:34
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla