Yuxarı

Azərbaycan bu avtomobillərin istehsalına başladı – İlk dəfə

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu avtomobillərin istehsalına başladı – İlk dəfə

Azərbaycan ilk dəfə olaraq yanğınsöndürmə avtomobillərinin istehsalına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında istehsalçı şirkətin servis üzrə baş meneceri Kənan Məmmədov deyib.

O bildirib ki, artıq şirkət istehsal etdiyi avtomobili satışa çıxarmağa hazırlaşır:

"Yanğınsöndürmə avtomobili MAN markalı yük avtomobili üzərinə yığılıb. Avtomobilin bütün üst qurğuları Azərbaycan istehsalıdır. Avtomobil müasir və güclü suvuran qurğu-sistemlə təchiz edilib. Avtomobil eyni vaxtda su və köpük vurmaq qabiliyyətindədir və dəqiqədə 3 min litr su vura bilir. Avtomobil su nasosu və yanğınsöndürmə avadanlıqları ilə təchiz edilib və sınaqdan keçirilib, texnika yanğın söndürülməsi ilə bağlı bütün standartlara cavab verib. Avtomobil yalnız şəhər daxilində istifadə üçün nəzərdə tutulub.

Şirkət nümayəndəsi bildirib ki, 299 at gücünə malik olan avtomobilin təkər bazası 3860 mm, ümumi çəkisi 14 min kiloqtamdır:

"Avtomobil 3 nəfərlik heyət üçün nəzərdə tutulub, 2 tonluq su çəni və 450 litrlik köpük çəni var. Avtomobil hələlik kütləvi satışa çıxarılmayıb. Əgər sifariş olarsa, həmin avtomobillərin kütləvi istehsalına başlaya bilərik".

Xatırladaq ki, yeni istehsal edilən yanğınsöndürmə avtomobili Bakıda keçirilən 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgilərində nümayiş etdirilib.

Tarix
2021.06.10 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Güney Azərbaycanda yeni partiya yarandı

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla