Yuxarı

Əli Abbasov vitse-prezidentlə görüşdü

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Abbasov vitse-prezidentlə görüşdü

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "Microsoft" şirkətinin vitse-prezidenti, dövlət sektoru ilə iş üzrə rəhbəri xanım Trudi Norris-Qreylə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycanda "Microsoft" şirkətinin mövcud əlaqələri və perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Xanım Norris-Qrey ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdıraraq "Microsoft" şirkətinin Avropa Oyunlarının tərəfdaşlarından biri olduğu üçün məmnuniyyətini ifadə edib.

Nazir Əli Abbasov öz növbəsində "Microsoft" şirkəti ilə mövcud olan əməkdaşlığın yüksək səviyyədə olduğunu, o cümlədən ilk Avropa Oyunları zamanı təqdim etdiyi qabaqcıl texnologiya və keyfiyyətli xidmətlərə görə təşəkkürünü bildirib.

Görüş çərçivəsində "Microsoft" şirkəti ilə bulud texnologiyaları, kibertəhlükəsizlik, elektron hökumət sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib və Azərbaycanda Uptime İnstitutunun qiymətləndirməsinə görə TIER 3 səviyyəli Data Mərkəz vasitəsilə "Microsoft" şirkətinin bulud texnologiyaları əsasında yeni xidmətlərin tətbiqi üzrə tədbirlərin görülməsinin nəzərdə tutulduğu qeyd edilib.

Sonda tərəflər cari ilin dekabr ayında Azərbaycanda keçiriləcək "BakuTel-2015" sərgi-konfransında "Microsoft" şirkətinin iştirakı məsələsini müzakirə ediblər.

Tarix
2015.08.23 / 01:50
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla