Vətəndaş Cəmiyyəti
Koalisiyası "Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək" üçün
bəyanat yayıb.
Qurumun mətbuat xidmətindən Axar.az-a daxil olan bəyanatda
deyilir:
"Birinci Avropa Oyunlarının başlanmasına bir həftədən də az vaxt
qalır. 100 milyonlarla tamaşaçı tarixdə ilk dəfə keçirilən bu
möhtəşəm tədbirin açılış mərasimini və Avropanın ən güclü
atletlərinin qələbə uğrunda mübarizəsini maraqla izləməyə
hazırlaşır. Şübhə yoxdur ki, ölkəmizə gələn idmançılar,
jurnalistlər və turistlər yarışların yüksək səviyyədə təşkilinin
şahidi olacaq, Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz
gözəlliyi, xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti və
tolerantlıq ənənələri barədə zəngin təəssüratlar qazanacaqlar. Eyni
zamanda, Avropa Oyunları zamanı ərazilərimizin işğalı, qaçqın və
məcburi köçkünlər, xalqımıza qarşı törədilmiş soyqırımlar və digər
problemlərimiz haqqında dünya ictimaiyyətinə daha dolğun məlumatlar
çatdırmaq imkanı yaranacaqdır.
Lakin bu möhtəşəm idman bayramı yaxınlaşdıqca, Azərbaycana dost
mövqedə olmayan bəzi dairələrin narahatlığı artır, son aylar
ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənir.
Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycan Respublikasının
regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə,
bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil
siyasətini qəbul etmək istəmir, cəmiyyətimizi daxildən parçalamağa
uğursuz cəhd göstərirlər. BMT-nin insan haqları üzrə xüsusi
məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi
Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils
Mujnieksin iyunun 3-də "Open Democracy" portalında yayılmış birgə
məqaləsi də anti-Azərbaycan şəbəkəsinin növbəti təxribatı olub
həmin məqsədə xidmət edir. Görünür, Avropa Oyunlarının əhəmiyyətini
azaltmaq, Azərbaycan hökumətini və yarışların Təşkilat Komitəsini
ruhdan salmaq, tədbiri boykot etmək kimi çirkin niyyətlərinə nail
ola bilməyən anti-Azərbaycan şəbəkəsi bu dəfə özünün "ağır
artilleriyası"nı işə salmaq həvəsinə düşərək həmin "üçlüyü" irəli
vermişdir.
Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların
olduğunu iddia edən bu üzdəniraq "üçlük" guya orijinallıq
göstərərək yeni üsul düşünmüş, Avropa idmançılarını siyasi təzyiq
alətinə çevirərək, konkret cinayət əməllərinə görə mühakimə olunmuş
bir neçə nəfəri dəstəkləmək üçün "ayağa qalxmağa" çağırmışdır.
"Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş
Cəmiyyəti Koalisiyası hesab edir ki, Ermənistanın təcavüzü
nəticəsində hüququ pozulmuş bir milyondan çox azərbaycanlı qaçqın
və məcburi köçkünün taleyi, Dağlıq Qarabağdakı quldur rejim
tərəfindən girov götürülərək işgəncələrə məruz qalan və qanunsuz
mühakimə edilən vətəndaşlarımızın hüquqları barədə indiyə qədər bir
kəlmə də danışmayan beynəlxalq hüquq-müdafiə məmurlarının bu cür
məsuliyyətsiz bəyanatlar səsləndirməyə və çağırışlar etməyə heç bir
mənəvi haqqı yoxdur. Yaxşı olardı ki, onlar adından fəaliyyət
göstərdikləri BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların
fəaliyyətinin güclənməsi və məqsədlərinin həyata keçirilməsi
sahəsində Azərbaycan Respublikasının oynadığı sanballı rolu nəzərə
alaraq, şərin və böhtanın deyil, haqqın və ədalətin yanında yer
alsınlar.
"Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş
Cəmiyyəti Koalisiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan
demokratiya və insan hüquqları sahəsində üzərinə götürdüyü bütün
beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmiz vətəndaş
cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının səviyyəsinə görə
keçmiş sovet respublikaları içərisində qabaqcıl mövqedə durur və
bir çox ölkələrə nümunə ola bilər".
Bəyanata aşağıdakı qeyri-hökumət təşkilatları və kütləvi
informasiya vasitələri qoşulub:
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi
Demokratik Jurnalistlər Liqası
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi
Milli QHT Forumu
Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri
İctimai Birliyi
Vətən Müharibəsi Veteranları İctimai Birliyi
"Konstitusiya Araşdırmaları" Fondu
"Paradiqma" İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı İctimai
Birliyi
"İrəli" İctimai Birliyi
Jurnalistlərin Həmkarlar İttifaqı
"Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyi
"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi
"Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı" İctimаi
Birliyi
"Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" İctimai
Birliyi
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi
"Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" İctimai
Birliyi
"Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyi
"Dünya Gənc Türk Yazarlar " İctimai Birliyi
"Gənc Sahibkarlar Klubu" İctimai Birliyi
"Əlil Təşkilatları İttifaqı" İctimai Birliyi
"Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti" İctimai
Birliyi
"Demokratik İslahatçı Gənclər" İctimai Birliyi
"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai
Birliyi
"Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyi
"Gənc Vətənpərvərlər" İctimai Birliyi
"Gənc Mühasiblər" İctimai Birliyi
"Demokratiyanın və Milli Dəyərlərin Təbliği" İctimai Birliyi
"Sosial Rifah və Tədqiqatlar" İctimai Birliyi
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı "İctimai
Birliyi
"Hüquqi və Demokratik İslahatlar Mərkəzi" İctimai Birliyi
"SAF Həyat Naminə" Gənclər İctimai Birliyi
"Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər" İctimai
Birliyi
Beynəlxalq Mətbuat Klubu" İctimai Birliyi
"Aqro Tərəqqi " İctimai Birliyi
"Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai
Birliyi
"Azərbaycan Maarifçi Gənclər Təşkilatı"
"İctimai Problemlərin Tədqiqi Asossiasiyası"
"Azərbaycan Gənclər İttifaqı"
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
"Rəvan" Gəncliyə Dəstək İctimai Birliyi
" Demokratik Seçki Mərkəzi"
" Demokratik Azərbaycan Naminə" İctimai Birliyi
Gənclər Təşkilatları Milli Şurası
"Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi
AVCİYA
"İnsan Hüquqları XXI Əsr – Azərbaycan" Fondu
"Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyi
Beynəlxalq Avrasiya Fondu
"Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai
Birliyi
"Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi
Azərbaycan-Slavyan Gənclər Assosiasiyası
"Tərəqqi" Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi
"Kaspi" qəzeti
"Azadinform" İnformasiya Agentliyi
"Səs" qəzeti
"Yeni Azərbaycan" qəzeti
"İki sahil" qəzeti
"modern.az" saytı
"Gündəlik teleqraf" qəzeti
"APA" İnformasiya Agentliyi
"virtualaz.org" saytı
"azvision.az" saytı
"aznews.az" saytı
"Xalq cəbhəsi" qəzeti
"Olaylar" qəzeti
"Bakı-xəbər" qəzeti
"Şərq" qəzeti
"525-ci" qəzet
"Bizim yol" qəzeti
"Palitra" qəzeti
"Mövqe" qəzeti
"qafqazinfo.az" saytı
"1news.az" saytı
"veteninfo.az" saytı