Yuxarı

DÇ-də nəfəs kəsən mübarizə: Avropa-Afrika dueli

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-də nəfəs kəsən mübarizə: Avropa-Afrika dueli

Braziliyada təşkil olunan sayca 20-ci Dünya Kubokunun 1/8 final mərhələsinin oyunları davam edir.

Axar.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Qeyd edək ki, "Estado Nəşnl" stadionunda baş tutacaq Fransa-Nigeriya matçını Mark Qeyqerin başçılığı ilə ABŞ-lı hakim heyəti idarə edəcək.

Onu da bildirək ki, bu komandalar indiyədək bir dəfə qarşılaşıb. 2009-cu ildə keçirilən oyunda 0:1 hesabı ilə Nigeriya yığması Fransaya qalib gəlib.

Maraqla gözlənilən Fransa-Nigeriya matçı Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

Almaniya-Əlcəzair

Gecənin növbəti oyunu Almaniya və Əlcəzair milliləri arasında keçiriləcək.

Mundialda maksimum nəticə göstərərək sürpriz komandalardan sayılan Əlcəzair yığması indiyədək yalnız bir dəfə Almaniya yığması ilə qarşılaşıb.

1982-ci ilin mundialında baş tutan tarixi matçda Əlcəzair komandası böyük əzm göstərərək 1:2 hesabı ilə qələbə qazanmışdı.

Xatırladaq ki, Braziliyalı hakim Sandro Meyra Riççinin idarə edəcəyi bu möhtəşəm matç "Estadio Beyra-Rio" stadionunda keçiriləcək.

Oyun Bakı vaxtı ilə 01:00-da başlayacaq.

Tarix
2014.06.30 / 11:22
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan Türkiyəyə...

Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir

Milli Məclisin növbəti iclası başladı

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla