Yuxarı

DÇ-2014: 1/4 final mərhələsi başlayır

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-2014: 1/4 final mərhələsi başlayır

DÇ-2014-ün 1/4 final mərhələsinə bu gün start veriləcək.

Axar.az xəbər verir ki, ilk oyunda Fransa-Almaniya milliləri qarşılaşacaq.

Qeyd edək ki, Argentinalı Nestor Pitananın hakimliyi ilə keçiriləcək oyunda yarımfinalın ilk komandası bəlli olacaq.

Onu da bildirək ki, bu komandalar arasında indiyədək 6 oyun keçirilib. İki dəfə Almaniya, iki dəfə isə Fransa millisi meydandan qalib ayrılıb. İki oyun isə heç-heçə bitib.

Məşhur "Marakana" stadionunda baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək.

Braziliya-Kolumbiya

Gecənin ikinci qarşılaşması əzəli rəqiblər olan iki Cənubi Amerika qitəsinin millisi, Braziliya və Kolumbiya yığmaları arasında olacaq.

Maraqlısı budur ki, bu komandalar arasında indiyədək keçirilən beş oyundan dördü heç-heçə bitib. Yalnız bir oyunda Braziliya yığması qalib gələ bilib. Oyunu Karlos Velasko Karballonun başçılığı ilə ispan hakim heyəti idarə edəcək.

"Estadiyo Kastelao" stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə 01:00-da start veriləcək.

Xatırladaq ki, 1/4 finalın qalan iki oyunu sabah keçiriləcək. Əvvəlcə Argentina - Belçika, daha sonra Hollandiya-Kosta-Rika oyunları keçiriləcək.

Tarix
2014.07.04 / 12:46
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla