Yuxarı

Rusiya milli komandanı cəzalandırdı

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya milli komandanı cəzalandırdı

Rusiya Futbol Federasiyasının prezidenti Nikolay Tolstix Milli komandanın oyunçularına və texniki heyətə Braziliyada təşkil olunan Dünya Kubokunda göstərdiyi zəif nəticəyə görə pul verilməyəcəyini bildirib.

Axar.az xəbər verir ki, mətbuata bu barədə açıqlama verən Nikolay Tolstix Milli komandanın Dünya Kuboku çərçivəsində göstərdiyi oyuna və baş məşqçı Fabio Kapellonun fəaliyyətinə münasibət bildirib. Onun sözlərinə görə, komanda çox pis nəticə göstərib: "Nə futbolçular, nə də texniki heyət heç biri mükafat almayacaq. Ancaq bu cəza Milli komandanın digər heyətinə şamil edilmir".

İtalyan mütəxəssis Fabio Kapellonun komandadan gedib-getməyəcəyinə aydınlıq gətirən federasiya prezidenti "Müqavilədə bu maddə var. Amma biz təzminat düşünmürük. Daha çox analiz etməyi fikirləşirik. Ümid edirəm ki, analizdə yalnız qapıçının gözünə tutulan lazer işığı və hakim səhvləri ortaya çıxacaq. Texniki heyətin hazırladığı hesabatı gözləmək lazım olacaq", - deyə münasibət bildirib.

Qeyd edək ki, rus mətbuatında yer alan xəbərlərə görə, Fabio Kapellonu baş məşqçi vəzifəsindən azad etmək Rusiya Futbol Federasiyasına 32 milyon avroya başa gələ bilər.

Xatırladaq ki, Dünya Kubokunun H qrupunda yer alan Rusiya yığması, Belçikaya 1-0 məğlub, Cənubi Koreya və Əlcəzair ilə 1-1 heç-heçə oynayaraq mundiala vida etmişdi.

Tarix
2014.07.04 / 16:17
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla