Dünya Kubokunu
qazanmaq heç bir komandaya düşərli olmur. Bunu 4 il öncə dünya
çempionu olmuş İspaniya komandası builki çempionatda elə ilk oyunda
Hollandiyaya biabırçı hesabla məğlub olması ilə sübut
etdi.
Bütün dünya Kubokun lənətlənmiş olduğunu düşünür. Əslində,
səbəbsiz deyil.
Axar.az Dünya Çempionatı kubokunun lənətlənmiş olduğunu az-çox
sübut edəcək maraqlı faktları sizə də təqdim edir.
Uruqvayın İtaliya "lənəti"
1930-cu ildə keçirilən ilk futbol üzrə Dünya Çempionatının
qalibi Uruqvay Milli Komandası olub. Ancaq 1934 və 1938-ci illərdə
keçirilən DÇ-yə qatıla bilməyib. Bunun ardından 2 dəfə ard-arda
çempionluq İtaliya yığmasına qismət olub.
Uruqvay 1950-ci ildə keçirilən DÇ-yə qatılaraq son dəfə çempion
olduğundan bəri final üzü görməyib.
Əfsanəyə görə, İtaliya bundan sonra 2 dəfə ard-arda çempion
olmazsa, Uruqvay da final üzü görməyəcək.
Qrup mərhələsindən çıxa bilməyən ilk çempion:
İtaliya
Uruqvaydan sonra üst-üstə 2 dəfə çempion olan İtaliya 1950-ci
ildə Braziliyada keçirilən çempionatda qrup mərhələsində
məğlubiyyətə düçar olmuşdu. Kuboku qazanmaq ona da düşərli
olmayıb.
B"rəzil"ya
Braziliya 1958 və 1962-ci illərdə ard-arda dünya kubokunu
qazanıb. Ancaq ardınca 1966-cı ildə İngiltərədə keçirilən DÇ-də
Macarıstan və tarixdə ilk dəfə DÇ-yə qatılan Portuqaliya
yığmalarına 3:1 hesabıyla məğlub olaraq vaxtından tez evə qayıtmaq
məcburiyyətində qalıb. Bu lənətli kuboku qazanmaq onlara da düşərli
olmayıb.
Bir Fransız hekayəsi
Tarixdə bir dəfə 1998-ci ildə kuboku başları üzərinə qaldıran
Fransa yığması ardınca 2000-ci ildə də Avropa çempionu oldu. Fransa
artıq dünya komandaları arasında favoritlərdən birinə çevrilmişdi.
Lakin 2002-ci ildə DÇ-yə qatılan yığma elə ilkin mərhələdə qrupu
sonuncu yerdə tərk edərək hamını şoka saldı. Kuboku qazanmaq
"xoruzlar"a da düşərli olmadı.
Braziliyanın "yaxasına yapışan" çempion
İtaliya 2006-cı ildə Almanyada çempion olmaqla kubok sayını
eyniləşdirərək Braziliyanın "yaxasına yapışan" ölkələrdən oldu.
2010-cu ildə favorit olaraq gəldiyi Cənubi Afrikada keçirilən
çempionatın ilkin mərhələsində məğlubiyyətə uğradı. Yeni
Zellandiyanı belə məğlub edə bilmədən sonuncu yerdə qərar tutaraq
göz yaşları içində evə qayıtmalı oldu. Kubok qazanmaq bir daha mavi
formalılara düşərli olmayıb.
Matadorun həzin sonu: İspaniya
Avro 2008, DÇ 2010, Avro 2012-də kubokları ard-arda qazanan
İspaniya 2014-cü ildə çempionata damğa vuracaq gözləntisini
darmadağın olmaqla əvəz etdi. Biabırçı şəkildə Hollandiyaya 5:1,
Çiliyə isə 2:0 hesabla məğlub olaraq evə yollandı. Kubok qazanmaq
buğalara da düşərli olmayıb.
Amerikanın ayağı Avropaya düşmür
Dünya Çempionatları tarixində Cənubi Amerikada keçirilən heç bir
DÇ-də Avropa yığmaları çempion olmayıb.
DÇ tarixində Avropa komandalarından heç biri, hətta Şimali
Amerikada da keçirilən çempionatlarda bir dəfə də olsun kubok
qazanmayıblar. Bu materikdə keçirilən çempionatlarda bütün
kubokları Braziliya və Argentina qazanıb.
Berlin divarı lənəti
Ən son 1990-cı ildə dünya kubokunu başları üzərinə qaldıran
Almaniya millisi Berlin divarı dağılandan sonra çempionluq sevinci
yaşamayıb. Almaniya Futbol Federasiyası hətta çıxış yolu olaraq
Berlin divarını yenidən hördürməyi belə təklif etmişdi.
Final lənəti: Portağal rəngi
DÇ kuboklarını qazanan İngiltərə, Uruqvay və Fransadan daha çox
finala qədər gələn Hollandiya yığma komandası çempionat tarixində
heç cürə kubok qazana bilməyib. Narıncı rəngin lənətli olmasından
şübhələnən hollandlar bu il DÇ-yə fərqli rənglərlə gəlməyi
planlaşdırırmışlar. Dəyişiklik tam olmasa da, narıncı rəng nisbətən
tündləşdirilib.
Braziliyanın kubok lənəti
Braziliya 1970-ci ilə qədər bu çempionatda dörd final oyunundan
3-nü qazanıb. 1970-ci ildən sonra isə 24 il final üzü görməyib.
Braziliya bu lənəti yalnız 1994-cü ildə ABŞ-da keçirilən
çempionatda pozaraq, kuboka yiyələnmişdi.
İngiltərənin ada lənəti
İngiltərə öz torpağlarında ev yiyəsi olduğu və yeganə qazandığı
1966-cı il DÇ kuboku xaricində heç bir çempionatda final oynaya
bilməyib.
Ayaqyalın oyun - 1950-ci il
1950-ci ildə tarixində ilk və son dəfə DÇ-yə qatılan Hindistan
millisi futbol meydançasına ayaqyalın çıxmaq istədiklərini
bildirmişdi. Lakin icazə verilmədiyi üçün onlar lənət cadusu edərək
evlərinə qayıtmışdı. Deyilənə görə, o vaxta qədər bütün dünya
kuboklarını qazanan İtaliya və Uruqvay bu cadudan təsirlənib və
İtaliya 32 il boyunca kubok qazana bilməyib. O ilin çempionu
Uruqvay 64 ildir ki, hələ də final oyunu belə oynaya bilmir.
Uruqvay bu lənət cadusunun pozulması məqsədilə Hindistanla
yoldaşlıq görüşü keçirməyi belə gündəmə gətirmişdi.