Dünən bütün dünya Almaniyanın Braziliyaya "Marakana"
stadionunda tutduğu toyu izlədi.
Braziliya "qırğını" ilə bağlı sosial şəbəkələrdə yazılan
statuslar da maraqlılığına görə oyundan heç də geri qalmayıb.
Axar.az Almaniya-Braziliya oyununa həsr edilmiş ən maraqlı
qeydləri təqdim edir.
Leyla Əliyeva (Heydər Əliyev Fondunun
vitse-prezidenti): Diqqət edirsizsə, braziliyalı
azarkeşlər Almaniya yığmasının hücumlarını alqışlayır :)
Anar Heybətov: "Qurban olaram Azərbaycanın
yığmasına. İndi bilərik qədirlərini".
Ramin Deko: "Skolari: "Oyunu saxlooooon".
Aslan İsmayılov: "Braziliya - Almaniya 0-5!
Bağışlayın, Sizin də televizor bu cür göstərir?!"
Aynur Elgünəş: "Braziliyanın qapıçısı dəqiq
futbolçudu? Bəlkə səhv salıb kuryerə forma geyindiriblər? Yazıq elə
qapıdan top cıxarır:)".
"Sancaq": "Qapıçı Julio Sezar oyunun ardından
verdiyi müsahibədə bildirib ki, bundan sonra karyerama "salat"
olaraq davam edəcəm".
Emil Salamoğlu: "Mən ölmüşəm bəyəm, onu rəiyyət
dəfn edə? Uşaqlardan 3-5 nəfər götürün, gedin Brazilyanın meyitini
gətirin", - Kərbəlayi İsmayılın Almaniya oyunundan sonra bu
tələbinə "Kim qalıb ki, Kərbəlayi, hami Rio de Janeyro
qəbiristanlığına yığışıb", - cavabı gəlir".
Mirmehdi Ağaoğlu: "Bunlar Üçüncü Dünya
müharibəsi də edər:)".
Ehtiram Mehdiyev: "5 qat dünya çempionuyuq
ki".
Azər Rəşidoğlu: "Almaniyanın çempionluğunu
tanımayacağam".
Faiq Balabəyli: "Braziliya yağmura düşdü.
Eheyy, Skolari! Komandana çətir gətir".
Aytən Məmmədova: "Braziliya "Açıq qapı" günü
elan edib".
Qadir İbrahimli: "1950-ci ildə Brazilya finalda
Uruquvaya uduzanda azarkeşlər səhərə qədər stadionda ağlamışdılar.
Həmin gün Braziliya tarixinə "bütün Braziliyanın ağladığı gecə"
kimi düşmüşdü. Almaniya ilə oyun görəsən Braziliya tarixinə necə
düşəcək".
Aynur İmranova: "Oyun 35:0-la bitəcək belə
getsə. Hər 2 dəqiqəyə bir qol vurur Almaniya".
Məhəmməd Türkmən: "Almanlar brazilyalılara
deyirlər ki: "Sizə dedik ki, qarşımıza çıxmoon". P.S. Almanlara
səslənirəm. Bəsdirin. Vallah lazım deyil".
Zaur Xudiyev: "Almaniya Azərbaycanı 6-1,
Braziliyanı da 7-1 udursa, deməli, Azərbaycan Braziliyanı 1-0 uda
bilər".
Rahil Kərimov: "Nemetski şot olmadı ee, qaqa,
"oğlanlar" yığışıb qızların yerinə də vurdular".
Həsən Həsənov: "Heç olmasa ikinci yarıda
faşistlik eləmööön".
Qabil Abbasoğlu: "8 min pul alıblar,
oynamaqlarına bax".
Ərəstun Oruclu: "Sən demə, almanlar həm də
yaxşı aşsüzən istehsal edə bilirlərmiş".
Elşən Allahverdiyev: "Günü sabah Berti Foksu
şəhərin mərkəzinə qoyub başına fırlanmaq lazımdır".
Xatırladaq ki, Braziliya-Almaniya yarımfinal qarşılaşması 1-7
hesabı ilə başa çatıb.