Yuxarı

İsa Qəmbər Siyavuş Novruzovla təsəlli tapdı

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsa Qəmbər Siyavuş Novruzovla təsəlli tapdı

"Mən heç olmasa Argentinanın çempion olacağını demişəm".

Axar.az xəbər verir ki, bu sözləri Feysbuk sosial şəbəkəsində Dünya Çempionatı ilə bağlı özünün verdiyi proqnoz barəsində müzakirələrə qoşulan Müsavat başqani İsa Qəmbər deyib.

O bildirib ki, Braziliyanın finalda oynayacağını proqnozlaşdırsa da, mundiala ev sahibliyi edən ölkənin yığmasının uduzması onun proqnozunu tamamilə səhv çıxartmır.

Müsavat başqanı "betərin-betəri var" deyib, YAP təmsilçisinin və Milli Şura sədrinin bostanına daş atmağı da unutmayıb:

"Xalq bütün qəhrəmanlarını tanımalıdır: YAP funksioneri Siyavuş Novruzov Braziliya yığmasının qalib gələcəyinə inanır: "Belə hesab edirəm ki, Braziliya yığması dünya çempionu olacaq. Yarımfinal oyununda Almaniya yığmasını məğlub edərək "Hollandiya-Argentina" cütlüyünün qalibi ilə finalda qarşılaşacaq".

Milli Şuranın sədri və tarixçi alim Cəmil Həsənli də Braziliya yığmasına azarkeşlik edənlərdəndir:

"Məncə, Braziliya yığması olacaq çempion. Neymar oyunda iştirak etməsə belə, çempion Braziliya olacaq. Çünki onlar əsil komanda oyunu göstərirlər. Futbolçulardan hər hansı birinin olmadığı hiss olunmur".

Müsavat başqanı həmkarlarının Axar.az-da yayımlanan proqnozunu sosial mediada yayaraq, bu sözləri yazıb:

"Mən heç olmasa Argentinanın çempion olacağını demişəm. Hələ şans var".

Tarix
2014.07.09 / 12:02
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla