Yuxarı

Mikayıl Müşfiq olacaqları bilirdi... – Rus şair

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mikayıl Müşfiq olacaqları bilirdi... – Rus şair

Bu gün iki görkəmli Azərbaycan şairi – Mikayıl Müşfiq və Vaqif Səmədoğlunun doğum günüdür.

Kult.az xatırladır ki, Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakıda anadan olub.

Yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı – “Küləklər” 1930-cu ildə nəşr olunub.

O, cəmi 29 il yaşasa da, bu qısa zaman kəsiminə 10-dan çox kitab, tərcümələr, məqalələr sığdırıb.

M.Müşfiqin heyrətamiz hafizəsi var idi. Rus tərcüməçisi, məşhur şair Yaroslav Smelyakov onun haqqında yazırdı: “...Müşfiq poetik temperamenti sönməyən insan idi, o, yeni poetik və təsvir vasitələri və formalarını yorulmadan axtarırdı. Yekunda “Sındırılan saz” poeması kimi incini yaradıb. O tələsirdi, taleyin ona az ömür payı verdiyi sanki ürəyinə dammışdı”.

“Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əllləşən
Dostdan, aşinadan necə əl çəkim?” – deyən Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da Sovet hakimiyyətinin repressiya siyasəti çərçivəsində güllələnib.

Müşfiqin ölümündən az sonra - 1939-cu il iyunun 5-də məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində digər bir görkəmli şairimiz Vaqif Səmədoğlu anadan olub.

Gənc yaşlarından musiqiyə böyük həvəsi olan Vaqif Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.

”Yoldan teleqramlar”, “Günü baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada” kimi sevilən kitabların müəllifi olan mərhum xalq şairi Vaqif Səmədoğlu həm də siyasi fəaliyyəti ilə Azərbaycan tarixində mühüm yer tutub: o, 2000-2005-ci Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Ssenariləri əsasında filmlər çəkilib, dram əsərləri əsasında tamaşalar hazırlanıb, şeirlərinə mahnılar bəstələnib.

“Məzarıma nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın geyib getsin...” yazan şair 2015-ci il yanvarın 28-i Bakıda vəfat edib.

Tarix
2017.06.05 / 14:35
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

MSK toplanır: Bu deputatın mandatına xitam verilir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla