Yuxarı

Ürəyə gedən yol

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metronun vaqonuna yenicə daxil olmuşdum ki, məni görüb, içdən gələn ərkyanə bir ədayla əlimdən tutaraq dartıb yanında oturtdu. Həmişəki kimi qaşlarını dartıb, iri gözlərini tam açıb, bir az da gülümsəyərək, elə həminki gur səslə hal-əhval tutdu. Olanlardan, olacaqlardan danışdıq. Düşəcəyim dayanacağa nə vaxt çatdığımı bilmədim. Düşməliydim. İşə tələsirdim. Elə o da. Elə bil içimdən nəsə qırılıb qaldı. Onun “Görüşərik” sözü indi də yadımdadı. O vaxtlar o sözü tez-tez işlədərdi...

Aradan xeyli zaman keçdi. Hərdən rastlaşırdıq.

Sonra...

Sonra hər şey dəyişdi.

... Qaşlarını dartıb, iri gözlərini açıb, yenə yanında oturtdu məni. Kafedə. Parkda. Dəniz kənarında. Eyni ağacın kötüyü üstə. Eyni oturacaqda. Eyni yeməyi yedik. Eyni çaydan içdik. Eyni havanı udduq. Eyni sözü dedik. Sözləri hecalara böldük. Elə həyatı da. Rahatlığı da. Dənizin üstündə addımlamağı da...

Sahil qumları ayaq izlərimizi qoşalaşdırdı. Ləpələr eyni vaxtda islatdı ayaqlarımızı. Ayın işığında dənizin pıçıltısına qulaq asdıq. Dinlədik dənizi. Sevdiyimiz dənizlə bölüşdük olanlarımızı. İkimiz də dənizin payızını, qışını, nəğməsini sevdik.

Sevdiklərimiz də eyni oldu, sevəcəklərimiz də.

Yanan içimizi sakitləşdirmək üçün yağan yağış bizi eyni çətir altına aldı...

Yağış çətirdə Şopenin nöktürnlərini çaldı bizə. Buna dözməyən - qısqanan külək də öz payını əsirgəmədi. Çətirimizi əlimizdən alıb, bizi biri-birimizə sıxdı. Daha da yaxınlaşdırdı. Gecələr oyaq olanların hamısı bu hala öz payını verməyə başladı.

Xatirələr, xəyallar, həqiqətlər qoynunda günlər aylara döndü. Aylar illərə.

Artıq ayaqlar bizi o yerlərə qeyri-ixtiyari olaraq aparır.

Hər dəfə metroya minəndə yadıma onun məni ilk dəfə necə dartıb yanında oturtmağı düşür.

İndi artıq desə də, deməsə də gəlib yanında otururam. Başqa oturacaq yerim yox. Yanındayam. Yanımdadı. Yan-yanayıq. Böyür-böyürəyik.

Məndədi. Qəlbimdədi. Birik. Bir yerdəyik...

Yağışda çətirimizi külək almış kimiyik...

Sevgi nəğməsi

Sənin çətirini alan küləyin

öpüşü qonacaq yanaqlarına,

enəcək, enəcək bir az aşağı -

o solan, göyərən dodaqlarına.

Bu yerin, bu göyün heç bilmədiyi,

ayın duymadığı, eşitmədiyi,

bir sevgi nəğməsi oxuyacağam

qara buludların qulaqlarına.

Daha bu əllərim çətirdi sənə,

o mil-mil barmağım pərdələnibdi,

mənim baxışlarım şimşəkdən iti,

bulud pərən-pərən səpələnibdi.

Çırpdım küləkləri boz qayalara,

söndür, söndür məni, alışacağam,

mənim coşan sinəm yelkən kimidi,

dəniz dodağından yapışacağam.

Tarix
2017.06.29 / 01:05
Müəllif
Rəfail Tağızadə
Digər xəbərlər

Arzu Əliyevadan Naxçıvanla bağlı daha bir paylaşım - Video

Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu

Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video

Sahibə Qafarova Vatikanda

Prezidentin Avropa Zirvəsi: Bakı-Brüssel xəttində yeni mərhələ

Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirildi

Azərbaycan XİN Norveçi təbrik etdi

İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı

Ədalət Partiyasının yeni sədri seçildi

Bu, İlham Əliyevin yüksələn nüfuzunun göstəricisidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla