Yuxarı

50 yaşda ilk: Qurban niyə gecikdi?

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:42

Kult.az “Mən yoxam” adlı kitabı ilə ilk dəfə oxucu qarşısına çıxan yazıçı, publisist Qurban Yaquboğlu ilə müsahibəni təqdim edir:

- 50 yaşın ilk kitabı. Niyə bu qədər gec?

- Erkən yaşlarımdan çap olunmağa başlamışam. 1990-cı ildə “Xəzər” jurnalında kitab formatında 17 şeirim dərc edilmişdi. Bundan sonra bir müddət yaradıcılığımda fasilə yarandı. Bunun texniki tərəfləri haqqında çox da danışmaq istəmirəm.

Mənim üçün mühüm prinsip odur ki, heç vaxt ədəbiyyatda “xaltura” etməyim və oxucunun zövqünü oxşamayan, özümü rahat ifadə edə bilmədiyim mətnləri təqdim etməyim. Ötən illər ərzində şeir yazmaq, yazıları çap etdirmək olardı. Mətbuatda işləməyim də buna xüsusilə imkan yaradırdı. Lakin sadaladığım prinsiplərdən çıxış edərək bu vaxta qədər ürəyim istəmədiyi halda pul qazanmaq, mənfəət güdmək və s. səbəblərə görə yazmağı düşünmədim. Ona görə də ilk kitabımı 50 yaşımda nəşr etdirdim.

- Bəs, niyə “Mən yoxam”?

- Mənə elə gəlir ki, insanın var olmaq istəyi ilə yanaşı, həm də yox olmaq arzusu ola bilər. Bu, bəlkə də müəyyən bir müstəvidən, çevrədən, yaxud ümumiyyətlə bütün kainatdan çıxıb getməyin formuludur. Bu ideya - getmək ideyasıdır, amma elə-belə getmək yox, birdəfəlik, əbədi çıxıb getmək. İnsanlar sanki əbədiyyət adlı bir tora salınıb. Əbədi var olmaq da asan deyil.

- Roman “ağrıların gözəl qadını”, “unudulmaz sevgi”, “nəsil buxovu” və s. çeşidli qaynaqlara baş vuran kimi təqdim edildi. Ağrıların gözəl qadını... Bu təqdimatı kim fikirləşib?

- Roman gözəl qadından, keçmişdən, xüsusilə nəsil mənsubiyyətindən gələn ağrılar xofu üstündə qurulub. Genetik bağlılıqdan yaranan ağrı əsas motivlərdən biridir. Mən nə üçün bu nəslə pərçimlənməliyəm, nə üçün bu nəsildən olmalıyam?! Bəlkə, öz nəslimi özüm seçməliyəm? Bir çox şey kimi bu da insanın öz iradəsindən asılı deyil. Fikrimcə, romanda bütün bunların çıxış yollarını göstərməyə çalışmışam.

- Bayaq sadaladığımız kodları insan taleyini müəyyənləşdirən “kainat oyunu” adlandırırsınız. Bəs sizin üçün “kainat oyunu” nədir?

- Bəzən insana gələn sevgi də, rastlaşdığı gözəl qadın da, lap təsadüfi adam da hədiyyə kimi görünür. Sanki bu sənin içərisində olduğun dünyanın deyil, başqa dünyadan gələn hədiyyədir. Bu artıq kainatın növbəti oyunudur.

- Romanın ideyası, mövzusu nə vaxt yaranıb?

- 90-cı illərin sonlarından başlayaraq məndə belə bir ideya yarandı və uzun illərdir ki, bu barədə düşünürdüm. 2008-ci ilin sonunda romanın ilk cümləsini yazdım. İrihəcmli əsər alınırdı. Sonradan yenidən işlədim və tam ürəyimcə olan formaya çatanda son nöqtəni qoydum.

- Bir daha təbrik edirik.

- Təşəkkür edirəm.

Qeyd edək ki, tanınmış şair Qurban Yaquboğlunun "Mən yoxam" adlı ilk kitabı dərc edilib. Kitabda roman və esselər cəmləşib.

Kitabı “Qanun” Nəşrlər Evi çap edib.

Tarix
2018.03.05 / 14:04
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İtaliyalı general Bakıda HDQ-ni ziyarət etdi - Video

ADY nümayəndələri Çində forumda iştirak etdilər

Cənubi Qafqazda münaqişə üçün real risk var - Rubio

Hərbçilərimiz Konyada tapşırıqları belə icra etdi - Video

Həcc ziyarəti ilə bağlı QMİ-dən növbəti açıqlama

Audiovizual Şura bu şirkəti 5 min manat cərmələdi

İlham Əliyev Budapeştdə mühüm iclasda çıxış etdi - Foto

Bakı və Zaqreb arasında siyasi məsləhətləşmələr...

Onlar İlham Əliyevi təbrik etdi

Vətəndaşlar öz maşınları ilə bu ərazilərə gedə biləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla