Yuxarı

Mən fəhlələrin alın təriyəm...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mən fəhlələrin alın təriyəm...

Kult.az Güney azərbaycanlı gənc şair Çağla Nurvəşin şeirlərini təqdim edir:

Sevgilim,

Məni axtarmaq istəyirsənsə,

Xiyabanlarda,

yetim uşağın əllərində,

qırmızı gülün üstündə

yatan tozam.

Bilmirəm yaşamı

mən necə,

hara yozam...

Sevgilim,

Mən illərdir kitabxanalarda

kitabların

yuxuya keçmiş sətirləriyəm.

Gecə-gündüz

çalışan fəhlələrin

alnındakı təriyəm.

Sevgilim,

Mən,

Mən çox yaxındayam

Məni uzaqlarda axtarma!..

Bir gəlin köçür...

Xəyal evimdən bir gəlin köçür,

Gözləri buludtək dolubdur onun.

Vəfasız dünyada doğulan gündən,

Qəm-kədər qəlbində olubdur onun.

Xəyal evimdən bir gəlin köçür,

Əlində saralıb, solubdur gülü.

Cismi yalan yerə ayaq üstədir,

İçindəki ruhu ölüdür, ölü.

Xəyal evimdən bir gəlin köçür,

Atasız, anasız, qardaşsız gəlin.

Yetim arzuludur, yetim duyğulu,

Matəmli oynayır sirdaşsız gəlin.

Xəyal evimdən bir gəlin köçür,

Dövrəsin özgələr alıbdır, nədən?

Yoxdur bir kimsəsi, qala qaydına,

Özü-öz qaydına qalıbdır, nədən?

O gəlinin adı bilmirəm nədir.

Ancaq ozanların dilindədir o.

Gedir yad evinə, gözündə nəmlə,

İndi bir ağ atın belindədir o.

Tarix
2019.07.01 / 01:09
Müəllif
Kult.az
Digər xəbərlər

Rubiyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla