Yuxarı

Paşayeva Fərqanə vadisinin ən qədim şəhərində - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın böyük şəhərlərindən olan Əndican şəhərindəki Mədəniyyət Sarayında bu ölkənin Yazıçılar İttifaqının Əndican filialı, “Kitab dünyası” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə tədbir və millət vəkili Q.Paşayevanın Özbəkistanda çıxmış kitabının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Fərqanə vilayəti, Əndican şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Özbəkistan Yazıçılar İttifaqının Fərqanə vilayəti üzrə rəhbəri Xurşuda Kuçkarova açaraq iki ölkə arasında dostluq, ölkələrimizin ziyalıları, yazıçı və şairləri arasında yaradıcılıq əlaqələri haqqında danışıb. Natiq Özbəkistanın regionları ilə Azərbaycanın regionları arasında birbaşa əlaqələrin yaradılması, tarixi ənənələrin davam etdirilməsi, qarşılıqlı olaraq milli mədəniyyətimizin, ədəbiyyatımıza həsr olunmuş tədbirlərin təşkili və ölkələrimizin qarşı tərəfdə tanıdılmasının vacib məsələ olduğunu vurğulayıb və bu mənada millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın Əndicana səfəri, görüşləri və müəllifi olduğu kitabın Özbəkistanın böyük şəhərlərindən olan Əndicanda təqdimatının keçirilməsini yüksək qiymətləndirib, iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətinə görə Q.Paşayevaya rəhbərlik etdiyi qurum adından təşəkkürnamə təqdim edib.

Qənirə Paşayeva Azərbaycan-Özbəkistan qardaş münasibətlərindən danışıb, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub. Millət vəkili qeyd edib ki, Əndican şəhəri ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin həyata keçirilməsi, regionlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi olduqca zəruri məsələlərdəndir.

Millət vəkili Qənirə Paşayeva tədbirdə Azərbaycanla, Qarabağ həqiqətləri ilə bağlı geniş məruzə ilə çıxış edib. O, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bu dostluğun, qardaşlığın əsas göstəricisi kimi xarici ölkələrdə ilk Azərbaycan Mədəniyyət Mərkəzinin məhz Özbəkistanda yaradıldığını qeyd edib. O, qardaş Özbəkistanın Türk Şurasına üzv olmağını Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini və gələcək əməkdaşlıqda bu amilin yeni imkanlar yaradacağını söyləyib.

Q.Paşayeva eyni zamanda ermənilərin Özbəkistanda törətdiyi dəhşətli faciələr haqqında da geniş danışıb.

O, yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şair, yazar, aydınlarına təşəkkürünü bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin direktoru Samir Abbasov çıxışında rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin nəzdində artıq xüsusi tərcüməçilər məktəbinin formalaşdığını qeyd edərək, son illərdə Azərbaycan ədəbiyyatına dair Özbəkistanda 60-dan çox əsərin özbək dilinə tərcümə olunduğunu və Daşkənddə kitab halında çap olunduğunu bildirib.

Tədbirdə bədii proqramda Əndican məktəblilərinin millət vəkili Qənirə Paşayevanın şeirlərindən ibarət hazırladıqları ədəbi kompozisiyalar təqdim edilib, Özbəkistan Milli Konservatoriyasının solistləri Ümidə Abdurazakova və Erkin Adilov çıxış edib, Qənirə Paşayevanın şeirləri əsasında bəstələnmiş mahnılar ifa etmişlər.

Tədbirdən sonra millət vəkili Q.Paşayeva Əndicanın rəhbərliyi ilə görüşüb, Azərbaycan-Özbəkistan dostluğu, ölkəmizin iqtisadi inkişafı haqqında məlumat verib, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi təklifi ilə çıxış edib.

Q.Paşayevanın rəhbərlik etdiyi heyət Əndicanın tarixi, mədəni abidələrini, bir sıra önəmli elm, təhsil, ədəbiyyat mərkəzlərini də ziyarət edib.

Qeyd edək ki, Əndican — Fərqanə vadisinin qədim şəhərlərindən biridir. Özbəkistanla Qırğızıstan sərhədlərinin cənub-qərb hissəsində yerləşir. Şəhərin bəzi yerlərində eramızdan əvvəl VII-VIII əsrlərə aid arxeoloji tapıntılara rast gəlinir. Tarixən Əndican Böyük İpək Yolunda mühüm bir yer tuturdu. Şəhər ölkənin mühüm sənaye mərkəzlərindən sayılır.

Tarix
2019.10.04 / 23:21
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla