Yuxarı

Qulu Ağsəs: Qarabağı belə bərpa edək, sənədlər var...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qulu Ağsəs: Qarabağı belə bərpa edək, sənədlər var...

O qədər qarışıq hisslər keçirirəm ki, hələ də buna inana bilmirəm. Bu günə qədər Ağdamın getməyinə - işğalına inanmırdım, indi isə qayıtmağına inana bilmirəm. Bu qədər uzun vaxt keçdi, illər ərzində deyirdim ki, Qarabağ qayıdacaq. Etiraf edirəm ki, mən heç vaxt oxucuya, dost-tanışa, heç kəsə yalan danışmamışam. Həmişə inanmışam ki, Qarabağ qayıdacaq. Gözümü qırpmadan bunu deyirdim.

Bu sözləri Kult.az-a açıqlamasında şair Qulu Ağsəs Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

O bildirib ki, sentyabrın 27-sindən sonra bütün dünyada Azərbaycana - Qarabağa olan münasibət dəyişdi:

“Biz Qarabağ döyüşlərində məğlub olmuşduq, amma Vətən müharibəsində qalib gəldik. Bu bütün qələbələrdən üstündür. Qarabağ əyalətə yox, bölgəyə yox, Vətənə çevriləndə onu bizdən heç kim ala bilməz. Biz o günü səbirlə gözlədik və Vətən müharibəsində buna bacardıq. Qarabağın hər bir qarışı bizə qayıdacaq. Bu, Azərbaycanın qeyrət haqqıdır, halal haqqıdır, bu haqq bizə ana südü kimi halaldır. Azərbaycan bu savaşda bütün dünyaya kim olduğunu göstərdi. Mən Qarabağın işğalı ilə bağlı illərdir yazılar yazmışdım, o yazıların hamısında o torpağın nəfəsin, ab-havasın qoruyub saxlamağa çalışmışdım. Düşünürəm ki, mən Ağdama qayıdacam. Mən istəyirəm ki, biz bir zamanlar əlimizdən çıxmış Qarabağı indi olduğu kimi bərpa edək. Bunun üçün əlimizdə Qarabağın memarlıq üslubu ilə bağlı sənədlər də var.

Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Ordumuza təşəkkür edirəm. Onu da demək istəyirəm ki, Qarabağ bu gün qarabağlılardan daha çox onu işğaldan azad edən Azərbaycan əsgərinindir!”

Tarix
2020.11.20 / 17:17
Müəllif
Rauf Ra
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla