Yuxarı

2021-ci ildə ən çox satılan kitab...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
2021-ci ildə ən çox satılan kitab...

“Mücrü” nəşriyyatı 2021-ci ildə ən çox satılan kitabların siyahısını açıqlayıb.

Kult.az xəbər verir ki, Aqşin Evrən və Xəzər Süleymanlının birlikdə yazdıqları “Ayrılıqların təkrarı” romanı ilin ən çox satılan kitabı olub.

Aqşin Evrən kitabla bağlı danışarkən bildirib ki, “Ayrılıqların təkrarı” romanı 2021-ci ilin oktyabr ayında satışa çıxıb və cəmi üç aya iki nəşri tükənib:

“Artıq kitabımızın üçüncü nəşri çap mərhələsindədir. Yaxın günlərdə romanımızın yeni nəşri satışa çıxarılacaq. Onu da deyim ki, kağızın qiyməti qalxdığı üçün çap xərcləri də artıb. Lakin biz kitabın qiymətində heç bir dəyişiklik etməyəcəyik. Yəni artım olmayacaq, kitabımız əvvəlki qiymətə satılacaq. Kitabımızla bağlı oxucuları maraqlı sürprizlər gözləyir”.

Qeyd edək ki, “Ayrılıqların təkrarı” romanında eyniliyin müxtəlif çalarları əks olunub. Əsərdə iki əsrlik sirrin izinə düşən tarixçi özünü tamam fərqli bir dünyada tapır. Bundan sonra onun həyatında qəribə hadisələr yaşanır. Bu qəribəliklərin mərkəzində isə sevdiyi qadın və onun çəkdiyi rəsmlər var. Onların sevgisi çətin və bir o qədər də ağlagəlməz sınaqlar qarşısındadır. Tarixçi iki əsrlik sirri açmaqda qərarlıdır, lakin bu yolda ona mane olmaq istəyən gizli qüvvələr var...

Romanı əldə etmək üçün 070 800 45 05 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Tarix
2021.12.29 / 16:51
Müəllif
Kult.az
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla