Yuxarı

Nobel çıxışları: Ernest Heminquey

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ernest Heminquey 1899-cu ildə Amerikanın İllinoys ştatında dünyaya göz açır. 17 yaşında jurnalist kimi fəaliyyətə başlayan gələcək yazıçı ABŞ Birinci Dünya müharibəsinə qoşularkən könüllü olaraq İtaliya orudusuna tibbi yardım edir. Cəbhə xəttində xidmət edən E.Heminquey döyüşlərin birində yaralanır. Xidmətlərinə görə İtaliya hökuməti onu ordenlə təltif edir. Vətəninə qayıtdıqdan sonra Amerika və Kanada qəzetləri üçün işləyərkən Yunanıstandakı inqilabi hadisələrdən yazmaq niyyətilə yenidən Avropaya göndərilir.

20 yaşlarında E.Heminquey Parisdə mühacir amerikalıların qrupuna üzv olur və bu haqda özünün ilk ciddi "Günəş də qalxır" (1926) əsərində qeyd edir. "Əlvida, silah" (1929) əsərində isə amerikalı hərbi tibbi yardım zabitlərinin məyusluğundan danışır. O, İspaniyadakı vətəndaş müharibəsində müxbir kimi işlədiyi vaxt gördüklərindən təsirlənərək ən məşhur əsəri "Əcəl zəngi" (1940) romanını yazır. Sonrakı əsərləri arasında daha çox oxunan "Qoca və dəniz" (1952) povestində qoca balıqçının dəniz səyahətindən, balıq və dənizlə apardığı uzun və yalnız mübarizəsindən məğlubiyyət içindəki qələbəsindən söhbət açır.

Ernest Heminquey 1954-cü ildə İsveç Elmlər Akademiyası tərəfindən "son dövrlər "Qoca və dəniz"də göstərdiyi hekayə sənətindəki ustalığına, müasir üslubu gücləndirmə təsirinə görə" Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülür.

Yazıçı səhhətində problem olduğuna görə mükafatlandırma mərasiminə qatıla bilməyib. Buna görə də ABŞ-ın İsveçdəki səfirindən mükafatı almağını xahiş edib, öz nitqini isə diktofona yazaraq mərasimdə səsləndirilməsi üçün göndərib.

Axar.az Heminqueyin sözügedən Nobel banket çıxışını təqdim edir:

"Nitq söyləmə qabiliyyətim, xitab etmə bacarığım və natiqlik sənətində heç bir ustalığım olmasa da, bu mükafat üçün Alfred Nobelin səxavətini təmsil edən hər kəsə təşəkkür etmək istəyirəm.

Bir çox böyük yazıçının bu mükafatı ala bilmədiyini bilən hər ədəbiyyat adamı onu bir az utancaqlıqla alacaq. Mükafatı ala bilməyən böyük yazarların adlarını sadalamağın mənası yoxdur. Burda hamı biliyinə və ağlına görə həmin siyahını hazırlaya bilər.

Yazıçının ürəyindən keçən hər şeyi yazacaq bir mətni qələmə alıb ölkə səfirindən onu oxumasını gözləməyim insafsızlıq olardı. Mətndəki bəzi şeylər dərhal nəzərə çarpmaya bilər və əslində bu məqamlarda yazıçı şanslıdır. Amma zaman keçdikcə yazılanlar aydınlığa qovuşur. Yazıçının kimya bacarığı isə bəzən zamana tab gətirir, bəzən də unudulur.

Yazmaq, ən böyük ehtimalla, yalnızlığa məhkum bir həyatdır. Yazıçıları birləşdirən təşkilatlar yazıçının yalnızlığını yüngülləşdirsə də, yazılarına təsir edə bilməsinə şübhə edirəm. Yalnızlığı qol-budaq atarkən cəmiyyətdəki nüfuzu da artır, ancaq əksərən əsərləri pisləşir. Çünki əsərlər yazıçı yalnızkən meydana çıxır və əgər yaxşı yazıçıdırsa, hər gün ölümsüzlüklə, ya da faniliklə üzləşməlidir.

Əsil yazıçı üçün hər kitab nailiyyətin o tərəfinə keçməkdə bir başlanğıcdır. Yazıçı həmişə heç kəsin sınamadığı, yaxud sınayıb uğursuz olduğu şeyləri bacarmağa çalışır. Və bəzən, əgər şanslıdırsa, uğura çatır.

Əgər hər şey yaxşı yazılmış bir mətni başqa bir şəkildə yenidən yazmaq olsaydı, ədəbiyyat yaratmaq necə də asan olardı. Keçmişdə bu cür yaxşı yazıçılarımız olduğuna görə bir yazıçı gedə biləcəyi ən uzaq məsafəyə çatmaq üçün yola keçmişdən başlayır; artıq heç kimin ona kömək edə bilməyəcəyi uzaqlara çatmaq üçün...

Bir yazıçı üçün çox uzun danışdım. Yazıçı deməli olduğu şeyi yazar, danışmaz. Bir daha təşəkkür edirəm".

Tarix
2015.10.28 / 10:02
Müəllif
Nurlan Babazadə
Digər xəbərlər

Azərbaycana minnətdarıq - Sikorski

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla