Yuxarı

Azərbaycanlı hakim vitse-prezident seçildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı hakim vitse-prezident seçildi

Azərbaycanın hüquq elmləri üzrə fəlsəfə doktoru Ramin Afad oğlu Qurbanov 1 iyul 2016-cı il tarixində Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti seçilib.

Report xəbər verir ki, həmyerlimiz cari ilin sonunadək bu vəzifəni icra edəcək.

Komissiya Avropa Şurasına üzv dövlətlərin məhkəmə sistemlərinin səmərəliliyinin artırılması və Avropa məkanında ədalət mühakiməsinin səmərəli və ədalətli həyata keçirilməsi ilə bağlı qurumun beynəlxalq hüquqi sənədlərinin tətbiqi məqsədilə yaradılıb.

Ramin Qurbanov 1974-cü ildə ziyalı ailəsində anadan olub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

R.Qurbanov müxtəlif illərdə Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, AMEA və s. bu kimi qurumlarda hüquq məsləhətçisi, elmi işçi, müəllim, aparıcı və baş mütəxəssis kimi fəaliyyət göstərib. O, 2005-ci ildən Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) üzvü və 2011-ci ildən həmin komissiyanın Avropa Məhkəmə Sistemlərinin Qiymətləndirilməsinə dair Komitəsinin eksperti, 2014-cü ildən isə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Bürosuna 47 üzv dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə seçilib.

R.Qurbanov 2013-cü ildən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi olaraq işləyir.

Tarix
2016.07.03 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - Deputat

Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!

Ərdəbil dəmir yolu Azərbaycana birləşdiriləcək - Bazvənd

57 yaşında ali məktəb bitirən Məmmədov haqda maraqlı fakt

Pakistan Azərbaycana buna görə təşəkkür etdi

Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?

Prezidentin AAYDA sədri təyin etdiyi Nəsirli kimdir?

Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla