Yuxarı

Suriyadan 7 azərbaycanlı ölkəmizə gətirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 sentyabr 2025-ci il tarixində Suriya Ərəb Respublikasının ərazisindəki düşərgələrdə saxlanılan 1-i qadın, 6-sı uşaq olmaqla, 7 nəfər Azərbaycan Respublikası vətəndaşı ölkəmizə gətirilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın göstərişinə əsasən Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüş keçirib, onların hüquqlarının təmini vəziyyəti araşdırılıb.

Görüşdə qadın və uşaqlar Ombudsmanın mandatı, fəaliyyəti və ona müraciət imkanları barədə məlumatlandırılıb, uşaqların sosial adaptasiyası, təhsili, sənədləşmə işləri və digər məsələlərlə bağlı tövsiyələr verilib.

Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb, yerləşdirilmiş şəxslərlə görülən işlər barədə məlumat alınıb.

Məsələ Ombudsmanın nəzarətində saxlanılır.

Tarix
2025.09.26 / 09:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev əsl dostdur - Vuçiç

İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi

Konqresin 907-ci düzəlişi ləğv etməsi... - Prezident

İran, Azərbaycan və Rusiya üçtərəfli görüşə hazırlaşır

Şahin Mustafayev Bəndər Abbas limanında - Foto

Tramp Rusiyanı aşağıladı – Putinlə “anlaşıb”?

Bakının sülhlə bağlı son tələbi... – İrəvandan açıqlama

Adnan Əhmədzadənin vəkili, görün, kim imiş...

Bu türk rəsmilərdən Azərbaycan barədə məlumat alıram...

Adnanla əməkdaşlıq edən Azərbaycan klubları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla