
Şuşaya infotur təşkil edildi - Video
15:08
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov vəzifədən azad olunub.
Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.
İsmayıl Hüseynov 1974-cü il noyabrın 16-da Naxçıvanda anadan olub. O, 2018–2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.
2023-cü ildən isə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.
Tarix
2025.10.15 / 11:56
|
Müəllif
Axar.az
|