Yuxarı

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə ünvanladığı məktubun üzə çıxması ilə 87 yaşlı keçmiş "boz kardinal"ın çevriliş planı bir daha ifşa olundu.

Məktubun altında Mehdiyevin imzası olmasaydı belə dəsti-xətti onu ələ verərdi: akademik cümlələrlə publisistikanın diletancasina calaq edilməsi, iddialı "həll yolları"nın irəli sürülməsi, özünü "xilaskar" kimi təqdim etmək cəhdi...

Bu, Mehdiyevin AMEA-nı intriqa yuvasına çevirdiyi vaxt sifarişlə yazdırdığı cızma-qaralarla eyni üslubda olan yazıdır. Misal üçün, məktubda onun qeyd etdiyi "qəddar ruh" ifadəsi ilə dini-mifolojik mesaj verməyə çalışdığı hiss olunur. AMEA-ya rəhbərliyi dövründə tirajladığı yazılarda da analoji terminologiyaya tez-tez baş vurması ilə yadda qalıb.

Bu məktub Mehdiyevin dövlətə və siyasi hakimiyyətə xəyanətinin isbatıdır. Belə bir xəyanət cəhdinin reallaşması ehtimalı sıfıra bərabər idi, onu arxalandığı Rusiyanın ifşa etməsi də o deməkdir ki, yaşlı "boz kardinal"ın dövrü çoxdan, Prezident İlham Əliyev onu postundan göndərəndə bitmişdi. Sadəcə, Mehdiyev bu reallığı anlamaq istəməyib.

R.Mehdiyev iddia edir ki, "ölkədə dərin böhran var", halbuki onun və dəstəsinin dövlət idarəçiliyindən uzaqlaşdırılması uzun illər həllinə imkan vermədikləri böhranı aradan qaldırmaq məqsədi daşıyırdı və nəticə də əldə olundu. 44 günlük Vətən müharibəsi və şanlı Qələbəmiz bunun bariz nümunəsidir.

Mehdiyevin bu iddiasında üç məqsəd yer alır:

1. Vəzifəsini itirməsini qəbullana bilmir və qisas hissi ilə hərəkət edir.

2. Tənqidçi mövqedən çıxış etməklə özünün müəllifi olduğu eybəcərliklərdən yayınmağa çalışır.

Çünki Mehdiyev bu məktubu çevriliş planına dəstək əldə etmək və nəticəyə nail olmaq ümidi ilə yazıb. Və görünür, düşünürmüş ki, iddia etdiyi siyasi olimpə qalxa bilsə, nə vaxtsa onun məktubu gün üzünə çıxa bilər. Ona görə də özünü tənqidçi və xalqın tərəfdarı kimi göstərmək üçün xeyli cümlə "sərf" edib. Halbuki, törətdiyi əməllər, milli maraqlara vurduğu zərbələr fonunda onun bu obrazı "qoyun dərisindəki qurd"u xatırladır.

Məktubun ən maraqlı hissəsi dövlət çevrilişinin baş tutacağı təqdirdə yaradılacaq yeni sistemdir. Təklif edir ki, "Dövlət Şurası" yaradılsın və bunu ölkədə "demokratik sistemin" qurulması məqsədi ilə izah edir. Əslində onun istədiyi "Mehdiyev şurası"nın yaradılması və Azərbaycana özünün ağalıq etməsidir.

Birincisi, ölkədə demokratik idarəetmə prinsiplərinə əsaslanan hakimiyyətin üç qolu - qanunvericilik, məhkəmə və icraedici orqanlar tam nəzarətə götürülür.

İkincisi, ölkə Mehdiyevin təklif etdiyi 50 nəfərlik Dövlət Şurası tərəfindən, yəni "50 nəfər seçilmişlər" tərəfindən idarə olunur, təbii ki "seçilmişlərin" başında özünün dayanması şərtilə.

O, bunun ölkənin tədricən parlament respublikasına keçidi məqsədi daşıdığını iddia etsə də, gerçək hədəf Azərbaycanı özünün rəhbərliyində quldarlıq dövrünə qaytarmaqdan başqa bir şey deyil. Çünki Mehdiyevin "Dövlət Şurası" ideyası dövlət idarəetməsi təcrübəsinə yaddır, hətta Roma imperiyasında belə daha demokratik idarəetmə mövcud olub.

Tarix
2025.10.27 / 22:11
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

Bakı və İrəvan arasında sülh sazişinin yeri və tarixi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla