Gənclərin çox yediyi suşi və rollar təhlükəlidir - Xəbərdarlıq
01:58
| Ana səhifə Planet |
|
Yamayka adasına yaxınlaşan “Melissa” qasırğası 5-ci kateqoriyaya qədər güclənib.
Axar.az xəbər verir ki, meteoroloqlar qasırğanın güclü daşqınlara, çoxsaylı sürüşmələrə və geniş infrastruktur ziyanına səbəb olacağını açıqlayıblar.
Bu, 1851-ci ildən qasırğaların qeydə alınmağa başlamasından bu yana adaya daxil olan ən güclü qasırğa olacaq. “Melissa” qasırğasının çərşənbə axşamı gündüz Yamaykaya, daha sonra isə günün sonlarında Kubaya çatacağı, oradan isə Baham adalarına doğru getməsi proqnozlaşdırılır. Təbiət hadisəsinin ABŞ-ın materik hissəsinə təsiri gözlənilmir.
5-ci kateqoriya qasırğa Saffir-Simpson şkalasına əsasən ən yüksək göstəricidir və davamlı küləyin sürəti saatda 250 kilometri keçir.
|
Tarix
2025.10.28 / 00:47
|
Müəllif
Axar.az
|