Yuxarı

Daha bir deputat partiyadan çıxarılır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir deputat partiyadan çıxarılır?

Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb. Qalmaqal partiya sədri Fəzail Ağamalının iki övladı – qızı deputat Günay Ağamalı və oğlu Elçin Ağamalının partiya sədrliyi üçün namizədliyini irəli sürməsindən sonra baş verib.

Axar.az xəbər verir ki, Fəzail Ağamalı qurultayda Günay Ağamalının namizədliyini dəstəkləyib. Elçin Ağamalı isə qurultay iştirakçılarının ona səs verdiyini bildirib. Bundan sonra tərəflər arasında gərginlik yaranıb.

Elçin Ağamalının partiya sədri seçilməsi fonunda Günay Ağamalının partiyadan uzaqlaşdırılması məsələsi gündəmə gəlir. Məlum olduğu kimi, bir müddət öncə fərqli motivlə Milli Məclisin deputatı Elçin Mirzəbəyli də üzvü olduğu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasından xaric edilmişdi.

Bəs Günay Ağamalının Ana Vətən Partiyasından xaric edilməsi gündəmdədirmi?

Globalinfo.az-a danışan Fəzail Ağamalının oğlu, partiya sədrinin Təşkilati məsələlər üzrə müavini Elçin Ağamalı deyib ki, Ana Vətən Partiyasının qurultayı öz işini uğurla başa çatdırıb:

“Partiyanın rəhbər orqanlarına şəxslər seçilib. Təbii ki, sədr də seçilib və sədr mən olmuşam. Günay Ağamalının gələcəkdə partiyadan xaric edilməsi məsələsi gündəmimizdə yoxdur. Əksinə, məsələ sakitləşdikdən sonra Günay xanıma partiya strukturlarında yüksək vəzifə verməyi düşünürük”.

Tarix
2025.10.27 / 21:17
Müəllif
Axar.az
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla