Yuxarı

Belçikada 5,6 milyardlıq fiasko: F-35-lərdən istifadə edə bilmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belçikada 5,6 milyardlıq fiasko: F-35-lərdən istifadə edə bilmir

Belçikanın ABŞ-dan aldığı F-35 tipli müasir döyüş təyyarələrinin ilk partiyası ölkəyə çatıb, lakin ortaya çıxan problem ölkədə gülüş və çaşqınlıq yaradıb: bu təyyarələr Belçikanın hava məkanında uça bilmir.

Axar.az xəbər verir ki, “Le Parisien” və “Le Vif” qəzetlərinin yazdığına görə, təhvil mərasimindən az sonra ordu və hökumət başa düşüb ki, ölkənin məhdud hava məkanı bu təyyarələrin uçuş və təlimləri üçün yararsızdır. Təyyarələr var, amma uçuş yeri yoxdur.

Belçikanın hava qüvvələri illərdir oxşar problemlə üz-üzədir: kiçik əraziyə və sıx hava məkanına malik ölkədə hərbi təyyarələr üçün təlim zonaları çatışmır. İndi isə, milyardlarla avro dəyərində alınan yeni nəsil təyyarələrin belə praktiki istifadəsi mümkün deyil.

Bu vəziyyət Belçikanın müdafiə ambisiyalarına ciddi zərbə vurub. Müdafiə naziri Teo Franken vəziyyətdən çıxış yolu tapmaq üçün Niderland, Norveç və İtaliya ilə danışıqlara başlayıb. Məqsəd Belçika pilotlarının bu ölkələrin hava məkanında məşq etməsinə icazə almaqdır.

Qeyd edək ki, Belçika hökuməti 2018-ci ildə ABŞ-dan 34 ədəd F-35 qırıcısı sifariş etmişdi. Müqavilənin ümumi dəyəri 5,6 milyard avro təşkil edir. Beşinci nəsil bu təyyarələr dünyanın ən qabaqcıl hərbi texnologiyalarından biri hesab olunur. İlk təyyarələr artıq təhvil verilib və rəsmi mərasimdə Belçika kralı şəxsən iştirak edib.

Tarix
2025.10.27 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla