Yuxarı

Misir bununla hər iki ölkəyə zərbə vura bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir bununla hər iki ölkəyə zərbə vura bilər

Qondarma, sözdə erməni soyqırımı iddialarının tanınması ilə bağlı qanun layihəsinin Misir parlamentinin müzakirəsinə çıxarılması hamını ciddi narahat etməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında Misirin qondarma erməni soyqırımını tanımasına münasibət bildirən millət vəkili Qənirə Paşayeva deyib. O, sənədə imza atan millət vəkillərindən birinin açıqlamasının ciddi təəssüf doğurduğunu deyib:

"Faiza Barakatyat adlı deputat bildirib ki, sözügedən qanun layihəsi Türkiyə hakimiyyətinin Misirlə bağlı siyasətinə cavabdır. Göründüyü kimi, bu, artıq tarixdə baş verən hansısa hadisəyə verilən hüquqi qiymət deyil, erməni yalanından siyasi təzyiq vasitəsi kimi istifadədir. Sənədi dəstəkləyərək parlamentdə səsverməyə çıxaranlar bu qərarla sadəcə Türkiyəyə deyil, Azərbaycana da zərər vura biləcəklərinin fərqində deyillər. Erməni yalanları ilə bağlı qəbul ediləcək qərarlar dünyadakı türkləri Misirdən incik sala bilər. Türkiyə və Azərbaycan diplomatik kanalları, parlamentdəki dostluq qrupları vasitəsilə Misir parlamentində bu məsələ ilə bağlı keçiriləcək səsverməyə rəsmi etiraz göndərməlidir. Misirdəki türklər isə bunun qarşısının alınmasında fəal olmalıdırlar. Özəlliklə ərəb və ingilis dilini bilən gənclərimiz sosial media üzərindən Misir millət vəkillərinə müraciətlər göndərərək, bunun münasibətlərə böyük zərbə vuracağını, onlardan bütün dünyanın gözü qarşısında Ermənistanın Xocalıda törədiyi soyqırımı ilə bağlı qərar gözlədiyimizi çatdırmalıdırlar. Bununla bağlı onlara məlumat, foto və faktlar göndərilməlidir. Mən artıq bəzi misirli millət vəkili dostlardan bu məsələyə etiraz səslərini ucaltmalarını xahiş etdim. Misirin də erməni yalanları ilə bağlı qərar qəbul edən ölkələr sırasına qatılmaq niyyəti acı təəssüf doğurur".

Qeyd edək ki, Misir parlamenti ötən gün qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin qəbul olunması üçün 337 deputatın imzası ilə ölkə parlamentinin sədri Əli Abdulala müraciət edib.

Tarix
2016.07.28 / 08:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla