Yuxarı

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

Zəfər Günündən sonra ölkədə ciddi islahatlar və dəyişikliklərin baş verəcəyi barədə iddialar daha da güclənib. Yaxın günlərdə səs-küylü həbslərin olacağı, xüsusilə də Ramiz Mehdiyev olayı ətrafında yeni addımların atılacağı gözlənilir.

Bu gözləntilər reallığa çevriləcəkmi?

Axar.az xəbər verir ki, deputat Azər Allahverənov Globalinfo.az-a açıqlamasında istənilən vəzifəyə təyin olunan şəxsin ilk növbədə xalqa xidmət etməli olduğunu bildirib.

“Vətəndaşlara xidmət göstərərkən sosial ədalət prinsiplərinə riayət edilməli, qanunun verdiyi imkanlar və səlahiyyətlər çərçivəsində əhalinin maraqları prioritet kimi nəzərə alınmalıdır. Təəssüf ki, bəzi təyinatlarda ciddi nöqsanlara, təkəbbürə, korrupsiya və rüşvətxorluğa rast gəlinib. Belə hallar aşkarlandıqda məsul şəxslər məhkəmə qarşısında cavab verir və cəzasız qalmırlar. Cəmiyyətin narazılığı sosial şəbəkələr və media vasitəsilə ifadə olunur, aidiyyəti dövlət strukturları bu müraciətlərə reaksiya verir və zəruri tədbirlər görür.

Bu baxımdan idarəetmədə islahatlar davam edir və Prezidentin xüsusi nümayəndəlik institutu bu kontekstdə mühüm rol oynayır, hazırda xalqın böyük gözləntiləri var. Çevik idarəetmə, qərarların mobil qəbul olunması və tapşırıqların operativ icrası məhz xüsusi nümayəndəlik vasitəsilə təmin olunur. Bu təcrübə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işlərində uğurla tətbiq edilib və digər regionlar üçün də müzakirə olunur. Xüsusi nümayəndəlik həm prezidentin tapşırıqlarının yerlərdə icrasına, həm də onların nəzarətinə imkan verir. Mərkəzi icra orqanları ilə yerli strukturlar arasında qanunsuz tapşırıqların verilməsi hallarına qarşı zəruri tədbirlər həyata keçirilir. Belə qanunsuzluqlara yol verən şəxslər barədə təmizlənmə siyasəti aparılır. Artıq bu sahədə müsbət nəticələr görünür”.

Deputat qeyd edib ki, islahatlar davamlı xarakter daşıyır və bunu yalnız Zəfər Günündən sonrakı mərhələ ilə əlaqələndirmək düzgün deyil:

“Çünki idarəetmə sistemi tədricən təkmilləşdirilir. 2026-cı ildə idarəçiliklə bağlı əlavə sərəncamlar və təşəbbüslər gözlənilir. Bu tədbirlər bütövlükdə idarəetmənin daha rəvan və effektiv qurulmasına, vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edir”.

REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Zəfər bayramı ilə birbaşa əlaqəsi olmasa da, hazırda ölkədə ciddi islahatlara və təmizləmə prosesinə ehtiyac var:

“Azərbaycanın dövlət idarəçiliyində hələ də başqa ölkələrin maraqlarına xidmət edən şəxslərin mövcudluğu narahatlıq doğurur. Ramiz Mehdiyev və onun kimi digər şəxslərin təsirindən tam azad olunmaq üçün təmizləmə əməliyyatı aparılmalıdır. Bu proseslə yanaşı, idarəetmə sistemində, sosial və iqtisadi sahələrdə dərin islahatlar həyata keçirilməlidir. Məqsəd ölkədə idarəçiliyin daha məntiqli, şəffaf və effektiv bir mərkəzdən yönəldilməsini təmin etmək olmalıdır.

Eyni zamanda yerli özünüidarəetmə institutlarının gücləndirilməsi və icra hakimiyyətlərinin ləğvi kimi addımlar da vacibdir. Bu, həm vətəndaşların qərarvermə prosesində iştirakını artırar, həm də ölkədə idarəetmənin səmərəliliyini yüksəldər. Bu baxımdan sadaladığım yönlərdə təcili islahatların aparılmasına böyük ehtiyac var”.

Tarix
2025.11.14 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır

Prezident AİB nümayəndə heyətini qəbul etdi

Gizlətmirəm, İlham Əliyevlə bunu müzakirə etdik - Paşinyan

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

“İsgəndər” qalıqları Azərbaycan səfirliyinin binasına düşdü

Azərbaycan üçün bunu etməyə hazırıq! - Paşinyan

Paşinyandan “Tramp yolu” açıqlaması: 99 il...

İlk ürək transplantasiyası belə baş tutdu - Cərrah

Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla