Yuxarı

Türkiyə ilə sülh Ermənistan üçün vacibdir - Mirzoyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ilə sülh Ermənistan üçün vacibdir - Mirzoyan

Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün həqiqətən vacibdir. Azərbaycanla bərqərar olmuş sülhün daha da institusionallaşdırılması da eyni dərəcədə vacibdir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ermənistan hər iki istiqamətdə səmimi səy göstərir. Bu iki komponentin heç biri digəri ilə şərtlənmir, onlar arasında səbəb-nəticə əlaqəsini aşkar etməyə çalışsaq, Türkiyə ilə münasibətlərin tam normallaşmasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərməyəcəyi, əksinə, müsbət təsir göstərəcəyi ortaya çıxa bilər. Nəqliyyat infrastrukturunun açılması ilə bağlı olaraq, bu prosesin əsas prinsipləri 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipi. Bu çərçivədə müəyyən edilmiş “Tramp yolu” həm Azərbaycanı Naxçıvanla, həm də Ermənistanı digər ölkələrlə, daha geniş coğrafi miqyasda isə regionları Ermənistan və Azərbaycan vasitəsilə birləşdirəcək. Ermənistan bunu mümkün qədər tez həyata keçirmək üçün fəal səylər göstərir”, - o bildirib.

Tarix
2025.11.20 / 10:45
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla