Yuxarı

Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi

Sərfəli təklifləri ilə seçilən mobil operator Nar ölkədə peşəkar kadr hazırlığı məqsədilə növbəti layihəsini həyata keçirib. On ildən çoxdur ki, davam edən tərəfdaşlıq çərçivəsində Nar Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün karyera planlaşdırılması təlimi təşkil edib.

Axar.az xəbər verir ki, təlim zamanı AzTU tələbələri ilə birgə mobil rabitə sektorunda karyera imkanları, gənc kadrlar üçün əsas tələblər və sürətlə dəyişən rəqəmsal mühitə uyğunlaşma yolları müzakirə olunub. Proqram çərçivəsində iştirakçılar tərcümeyi-hal (CV) tərtibatı, motivasiya məktublarının hazırlanması və işgüzar müsahibələr üzrə biliklər əldə ediblər. Həmçinin, Nar nümayəndələri iş mühitində effektiv ünsiyyət, nəticəyə fokuslanma, məsuliyyətli yanaşma və komanda ilə işləmək kimi peşəkar keyfiyyətlərin əhəmiyyəti barədə tələbələrlə öz təcrübələrini bölüşüblər.

İnteraktiv formatda təşkil olunan təlimdə tələbələrin telekommunikasiya sahəsinə, mobil operatorun daxili proseslərinə və təcrübə proqramlarına dair sualları cavablandırılıb. Sonda iştirakçılara təlimdə iştiraklarını təsdiq edən Nar tərəfindən sertifikatlar təqdim edilib. Təlim zamanı xüsusi fərqlənən tələbələr Nar tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında Narın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Tarix
2025.11.21 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla