Yuxarı

Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

Şərurda xeyli qazi evsiz qaldığı halda, prezidentin keçmiş köməkçisi Əli Həsənova şəhid ailələri və qazilər üçün nəzərdə tutulan binada mənzil hədiyyə olunub.

Axar.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan” məlumat yayıb.

Bildirilib ki, həmin binadakı əlavə iki mənzili isə yerli icra başçısı mənimsəyib.

Adının çəkilməsini istəməyən qazilərdən biri deyib ki, illərdir ev üçün müraciət etsə də, müsbət cavab ala bilmir:

“Rayon mərkəzində el arasında “Şəhidlər binası” adlanan, qazi və şəhid ailələri üçün nəzərdə tutulan binadakı mənzillər yüksək vəzifəli şəxslərə verilir, mənim kimi vətən üçün canını qoyanlar isə kirayələrdə yaşayır. Başçı Kamal Cəfərov bizə aid olan binada yan-yana iki mənzil götürüb, birləşdirib ki, böyük olsun. Təmiri yeni bitirib. Əli Həsənov da onun qonşusudur bu binada. Axı, Əli Həsənovun nəyi yoxdur? Niyə utanmadan şəhid ailələri və qazilərin evinə göz dikir? Bu sözlər icra başçısına da aiddir”.

Şəhid ailələri və qazilər müvafiq qurumlara müraciət edərək, onların haqqı olan evlərin geri qaytarılmasını tələb ediblər.

Tarix
2025.11.24 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla