Yuxarı

Azərbaycan və Türkiyə GİA-ya rəhbərlik edəcək - AB

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Türkiyə GİA-ya rəhbərlik edəcək - AB

COP sədrləri "üçlüyü" - Azərbaycan, Braziliya və Türkiyə - Braziliyanın Belem şəhərində keçirilən COP30 iqlim konfransının yekunlari üzrə qəbul edilmiş Qlobal İcranı Sürətləndirmə ("Global Implementation Accelerator" - GİA) təşəbbüsünə rəhbərlik edəcək.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə Avropa Birliyinin (AB) rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bəyan edib.

Onun sözlərinə görə, GIA COP30-dan sonrakı proseslərdən biridir:

"AB-nin 2050-ci ilə qədər iqlim neytrallığına doğru aydın yolu var. Buna görə də biz "üçlüy"ün GİA çərçivəsində işi necə irəli aparacağından asılı olaraq bu işə kömək etməyə hazırıq və istəkliyik".

A.İtkonen qeyd edib ki, COP30 başa çatıb və nümayəndə heyətləri artıq iqlim gündəliyi çərçivəsində növbəti addımlar üzərində işə başlayıblar:

"Nümayəndə heyətlərinin və danışıqçıların əksəriyyəti artıq hansı konkret addımlar təklif edəcəkləri barədə düşünməyə başlayıblar. Bu, Avropa Komissiyasına da aiddir".

Xatırladaq ki, "Global Implementation Accelerator" dünyanın müxtəlif bölgələrində iqlim dəyişikliyi ilə mübarizə üçün universal tədbirləri seçmək məqsədi daşıyır. Prioritetlər – metan emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələri və təmiz texnologiyalardır.

Tarix
2025.11.24 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla