Yuxarı

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Yanğın təhlükəsizliyi tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə əsasən, fiziki şəxslər üçün 200–500 manat, vəzifəli və hüquqi şəxslər üçün isə daha yüksək məbləğdə cərimələrlə nəticələnir. Tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi də 200 manatdan 3000 manatadək cərimə ilə cəzalandırılır. Bu məsuliyyət hadisə baş vermədən əvvəl aşkar edilən pozuntulara şamil olunur.

Bunu Axar.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov son son günlər baş verən yanğınlarla bağlı deyib.

Onun sözlərinə görə, qanunvericilik belə hallarla bağlı həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutur:

“Əgər qayda pozuntusu yanğına səbəb olubsa və nəticədə insanların sağlamlığına az ağır və ya ağır zərər dəyibsə, Cinayət Məcəlləsinin 225-ci maddəsi işə düşür. Maddəyə əsasən, yanğın təhlükəsizliyi tələblərini pozan məsul şəxslər 2000-4000 manat cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Hadisə ehtiyatsızlıqdan insan ölümünə səbəb olarsa, cəza 3-6 il, üç və ya daha çox ölüm olduğu halda isə 5-10 il azadlıqdan məhrumetmədir. Yasamal rayonunda baş verən və üç nəfərin həyatına son qoyan yanğın məhz maddənin ən ağır hissəsini aktuallaşdırır. İlkin versiyaya görə, obyekt sahiblərinin və məsul şəxslərin təhlükəsizlik qaydalarına əməl etməməsi bu faciəyə yol açıb”.

Qeyd edək ki, noyabrın 21-də Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb. Hadisəyə görə binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş TAXES GROUP MMC-nin (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayev həbs edilib.

Tarix
2025.11.27 / 16:00
Müəllif
Aysel Baxşıyeva
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla