Yuxarı

Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı

Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub.

Axar.az xəbər verir ki, müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 71 namizəd "İşin Təşkili Qaydaları"na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri N.Rəfibəyli küçəsi 7).

Namizədlər tibbi müayinədən keçmək üçün 2 dekabr 2025-ci il tarixdən 5 dekabr 2025-ci il tarixədək (həmin gün də daxil olmaqla) şəxsiyyət vəsiqəsi ilə birgə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 16/18).

Əlavə məlumat almaq üçün 361-00-76, 361-00-77, 361-00-78, 361-00-79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.

Tarix
2025.11.28 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...

Bu dəmir yolu Zəngəzurla Naxçıvanı birləşdirəcək - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla