Yuxarı

Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarə qəzası buna cavab ola bilər -  Engin Özər

Xəbər verdiyimiz kimi, Liviya Baş Qərargah rəisi Məhəmməd Həddad və onu müşayiət edən generalların olduğu təyyarə Türkiyədən qayıdarkən qəzaya uğrayıb.

Təyyarə qəzasının Liviyadakı türk hərbçilərinin xidmət müddətinin 2 il uzadılmasından dərhal sonra baş verməsi təxribat iddialarını gündəmə gətirib. Bildirilib ki, qəza Türkiyənin üç düşməni – Yunanıstan, İsrail və Cənubi Kiprin toplantı keçirdiyi gün baş verib.

Axar.az xəbər verir ki, türkiyəli politoloq Engin Özər Globalinfo.az-a bildirib ki, qəzanın səbəbləri haqda istintaqın nəticələri açıqlandıqdan sonra danışmaq olar:

“Qəzanın texniki nasazlıq və ya təxribat səbəbindən baş verməsi barədə şərh vermək hələ tezdir. Lakin hadisənin vaxtı əhəmiyyətlidir. Burada Türkiyə Silahlı Qüvvələrinin xidmət müddətinin uzadılması ilə yanaşı, hava hücumundan müdafiə sistemləri ilə bağlı razılaşmanın əldə edilməsi gözlənilirdi. Bu hadisə Türkiyə üçün çox pis bir vaxtda baş verdi. Çünki Suriyanın şimalında YPG ilə digər qüvvələr arasında qarşıdurmalar başlayıb. Son bir həftə ərzində Türkiyədə üç PUA-nın vurulması, bu məsələlərlə yanaşı nəzərdən keçirildikdə, ölkənin çox çətin bir dövrə qədəm qoyduğunu demək olar. Bu baxımdan, qəza ilə bağlı şübhələr artır, amma əvvəlcə istintaqın nəticələrinə baxmalıyıq”.

E.Özər bildirib ki, bundan başqa, Liviya ilə Türkiyə arasında münasibətlər son vaxtlar elə də yaxşı deyil:

“Bunun səbəbi Ankaranın Haftar qüvvələri ilə münasibətlər qurmağa başlamasıdır. Məlum olduğu kimi, Haftarın oğlu bir neçə ay əvvəl Ankaraya səfər etmişdi. Bu baxımdan, Liviya ilə bağlı ciddi bir dövrdən keçildiyini demək olar. Türkiyənin Liviya siyasətində böyük dəyişikliklər gözlənilir. Təyyarə olayı da buna cavab ola bilər”.

Qeyd edək ki, təyyarədə Liviya Baş Qərargah rəisi Əl-Həddadla yanaşı, Quru Qoşunları Komandanı general-leytenant Əl-Fayturi Qərib, Liviya Hərbi Sənayesi İdarəsinin rəisi briqada generalı Mahmud Əl-Qətivi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab və Baş Qərargah rəisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Məhcub da olub. Liviya Baş naziri təyarədəkilərin həlak olduğunu açıqlayıb.

Tarix
2025.12.24 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla