Yuxarı

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna əsasən, Vəkillər Kollegiyasının (VK) üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır.

Bu barədə Axar.az-a Vəkillər Kollegiyasından bildirilib.

Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə edilən 30.12.2025-ci il tarixli dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin gəlir əldə etmək məqsədilə "vəkil" sözündən istifadə etməsi inzibati məsuliyyətə səbəb olacaq.

Belə ki, VK-nın üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Diqqətə çatdırılır ki, "vəkil" adından yalnız qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etmiş və Vəkillər Kollegiyasının üzvü olan şəxslər istifadə edə bilərlər.

Vəkillər Kollegiyası vətəndaşlardan bu cür qanunazidd hallarla qarşılaşdıqları təqdirdə müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edir.

Tarix
2026.01.28 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla