Yuxarı

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Axar.az xəbər verir ki, təlimin beşinci günündə ustad dərslərini Əməkdar mədəniyyət işçisi, Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı, Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri, BDU-nun Jurnalistika fakültəsinin müəllimi dosent Vəfa İsgəndərova, BDU-nun kafedra müdiri, AzTV-nin Teleradio Akademiyasının “Fokus” qrupunun rəhbəri Aynur Nəsirova, AzTV-nin xəbər aparıcısı, efir estetikası və nitq mədəniyyəti üzrə mütəxəssis Mümtaz Xəlilzadə keçiblər. Bu dəfə təlim “Savadlı danışıq, xəbər dilində məsuliyyət” mövzusuna həsr olunub.

Təlim çərçivəsində Telli Pənahqızı “Niyə biz savadlı danışmırıq?” mövzusuna toxunub. O, Azərbaycan dilinin zəngin olduğunu, istənilən fikrin bu dil vasitəsilə dolğun şəkildə ifadə edilə biləcəyini vurğulayıb. Telli Pənahqızı televiziya əməkdaşlarının danışıq tərzi ilə tamaşaçıya örnək olmasını və dilin qorunmasının hər bir media nümayəndəsinin borcu olduğunu bildirib.

Digər çıxışlarda xəbər dilində məsuliyyət, aparıcının mətni oxumaması, onu danışıq üslubunda tamaşaçıya çatdırması mövzusuna toxunulub. Eyni zamanda, xəbər mətnində pafosun yolverilməzliyi, aparıcının efirə çıxmazdan əvvəl xəbər bloku ilə tanışlığının vacibliyi, mətndə uyğun olmayan ifadələrə rast gəldiyi halda onları dəyişməkdən çəkinməməli olması diqqətə çatdırılıb.

Təlimdə aparıcıların tələskən oxu tempi, əl-qol hərəkətlərinin normadan artıq olması, efir estetikasına uyğun olmayan aksesuarlar, eləcə də dil və tələffüz xətaları geniş şəkildə təhlil olunub. Həmçinin müxtəlif televiziya kanallarının aparıcılarına aid videomateriallar nümayiş etdirilib, üzə çıxan məqamlar üzərində müzakirələr aparılıb.

Daha sonra dilimizə yad ifadələrin (varvarizmlərin) vurduğu zərərdən, xəbərlərin aydın və dəqiq dildə yazılmasının vacibliyindən danışılıb. Vurğulanıb ki, xəbərdə şərh bildirən sifətlərə və qeyri-müəyyən mənbələrə yer verilməməlidir.

Bununla yanaşı, sosial mediada xəbərlərlə bağlı ən çox rast gəlinən mənfi hallardan biri kimi şişirdilmiş və məzmuna uyğun olmayan aldadıcı başlıqların verilməsi məsələsi diqqətə çatdırılıb.

Xatırladaq ki, təlimlərin keçirilməsinin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.

Tarix
2026.02.07 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?

Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla