Yuxarı

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Fransa və Yunanıstanda eyni gündə Çin xəfiyyələrinin həbsi Avropada böyük qalqamala səbəb olub. Avropa ölkələrində keçmiş illərdə də Rusiya və Çin xəfiyyələri həbs olunurdu. Ancaq budəfəki həbslərin miqyası genişdir.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Fransa hüquq-mühafizə orqanları peyk rabitə məlumatlarını ələ keçirmək planı ilə bağlı casusluq şübhəsi üzrə ikisi Çin vətəndaşı olmaqla, 4 nəfəri həbs edib:

“Çin kəşfiyyatına bağlı şəxslər Fransanın cənub-qərbindəki bölgədə 2 metr diametrli peyk antenası quraşdırıblar. Yerli sakinlər bu haqda polisə məlumat verdikdən sonra antenanı quraşdırılanlar izlənilərək həbs olunublar. Axtarış zamanı peyk antenalarına kompüter sistemlərinin quraşdırıldığı, siqnalların tutulmasına imkan verən texniki avadanlıqlar aşkar edilib. Çin vətəndaşları Fransada strateji əhəmiyyətli peyklərdən, o cümlədən “Starlink” peyk şəbəkəsindən və hərbi obyektlərdən məlumat toplayırmışlar.

Yunanıstanda isə silahlı qüvvələrdə xidmət edən yüksək rütbəli zabit NATO və Yunanıstan Hərbi Hava Qüvvələrinə aid məxfi sənədləri Çinə ötürürmüş. Zabit dindirilmə zamanı Çinə casusluq etdiyini etiraf edib. Maraqlıdır ki, Yunanıstanda həbs olunan zabit orduda telekommunikasiya və informasiya texnologiyaları sahəsinə cavabdeh idi. Həmin zabitin Yunanıstan Silahlı Qüvvələrinin texnoloji infrastrukturuna çıxış imkanı var idi. Araşdırmalar zamanı polkovnikin məxfi sənədlərin fotoşəkillərini çəkərək Çinə göndərdiyi müəyyən edilib.

Bu həbslər göstərir ki, Rusiya ilə yanaşı, Çin də Qərb ölkələrində casus şəbəkəsini genişləndirib. Çin iqtisadi baxımdan inkişaf etsə də, Qərbdə istifadə olunan texnoloji vasitələrə ehtiyac duyur. Bu məqsədlə Çin kəşfiyyatı həmin texnoloji vasitələrin mexanizmlərini ələ keçirməyə çalışır.

Avropa dövlətləri Çin kəşfiyyatı ilə mübarizə apararkən, ABŞ Çinin nüvə potensialını artırmasından narahatdır. Təsadüfi deyil ki, Vaşinqton Moskva ilə nüvə silahlarının azaldılmasıyla bağlı yeni sazişi imzalamaq istəmir. Çünki Vaşinqton həmin sazişə Çinin də qoşulmasını istəyir. Pekin isə Vaşinqtonun bu istəyini qəbul etmir. ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Çin 2020-ci ildən bu yana nüvə başlıqlarının sayını 200-dən 600-ə qədər artırıb və 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına sahib ola bilər. Beləliklə, Çinin Vaşinqtona rədd cavabı ABŞ-la Rusiya arasında yeni nüvə müqaviləsinin imzalanmasına imkan vermir. Belə olan halda isə böyük dövlətlər nüvə arsenalını gücləndirməkdə davam edəcəklər”.

Tarix
2026.02.07 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyms Vensi Bakı səfəri zamanı kim müşayiət edəcək?

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - Deputat

Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla