Yuxarı

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

2026-cı ilin əvvəlindən etibarən İran müasir tarixinin ən dərin iqtisadi böhranını yaşayır. Məlumata görə, ölkədə hazırda inflasiya 40%-i keçib, iqtisadiyyat getdikcə kiçilir. Başlıca səbəblər isə İrana qarşı indiyədək tətbiq olunan beynəlxalq sanksiyalar, ciddi idarəetmə problemləri, korrupsiya, su, elektrik və s. kimi kommunal çatışmazlıqlardır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz İrandakı vəziyyətlə bağlı qeyd edib.

Onun sözlərinə görə, əslində İranda inflyasiya yeni başlamayıb, hələ 2024-cü ilin iyul ayı ilə 2025-ci ilin mart ayı arasında milli valyuta 50 faiz ucuzlaşmışdı:

“2025-ci ilin dekabr ayında isə bu çöküş rekord həddə qalxdı. Ərzaq qiymətləri 2025-ci ildə 70%-dən çox artıb. İndi vəziyyət daha acınacaqlıdır. İran iqtisadçılarının iddiasına inansaq, bu prosesin qarşısı alınmasa, inflyasiya min faizlərlə hesablanacaq.

Rəsmi statistik rəqəmlər də İran iqtisadiyyatının çökdüyünü göstərir. 2025-ci ildə iqtisadiyyatda - 1,7% azalma qeydə alınıb. 2026-cı ildə isə bu rəqəmin -2,8% olacağı proqnozlaşdırılır.

İqtisadi çöküşün başlıca səbəbi ABŞ-ın güclü sanksiyalarıdır. İranın müttəfiqləri isə ona yardım edə bilmirlər”.

Ekspert xatırladıb ki, İran əsasən Çinə endirimli xam neft satmaq üçün “kölgə donanması”na güvənırdi:

“2026-cı ilin yanvar ayında İran neftini daşıyan əsas tankerin ələ keçirilməsi ilə vəziyyət daha da çətinləşdi. İndi isə ABŞ-ın İranla iqtisadi əməkdaşlığı davam etdirən ölkələrə 25% əlavə gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb və bu təzyiq ölkənin tamamilə uçuruma yuvarlanmasına gətirib çıxara bilər.

Beynəlxalq institutların iddiasına görə, iranlıların təxminən 22%-dən 50%-ə qədəri yoxsulluq həddində yaşayır. Elektrik kəsintiləri, zəruri gündəlik istehlak mallarının çatışmazlığı adi hala çevrilib. Xüsusilə yay aylarında su çatışmazlığı ilə üzləşən İran bu ilin ortalarında daha dəhşətli vəziyyətlə qarşı-qarşıya qala bilər. Xatırladım ki, ötən yay aylarında su çatışmazlığı üzündən Tehranın köçürülməsi müzakirə olunurdu. Bu il vəziyyətin daha da ağırlaşması gözlənilir.

Korrupsiya və idarəetmə problemləri ölkənin infrastrukturunun dağılmasına və ənənəvi sənaye sahələrinin tənəzzülünə səbəb olub.

Hopkins Blumberq Mərkəzinin fikrincə, İranda iqtisadi, struktur və siyasi çətinliklər hökumətin iqtisadiyyatı sabitləşdirmək qabiliyyətini ciddi şəkildə məhdudlaşdırır. Bu isə o deməkdir ki, bundan sonra Pezeşkian ətrafına ən böyük iqtisadçıları yığsa belə, ölkəni ağır vəziyyətdən çıxara bilməyəcək.

Bütün bunlar azmış kimi, bir də İranın ABŞ-la dil tapa bilməməsi vəziyyəti daha da ağırlaşdırır. Məhz bu “dilbilməzliyinin” nəticəsidir ki, ABŞ ötən gün İranla iqtisadi əməkdaşlığını davam etdirən ölkələrə qarşı 25%-lik əlavə gömrük vergisi tətbiq edəcəyi barədə fərman imzalayıb.

Məlum olduğu kimi, Omanda keçirilən görüşdən əvvəl Türkiyə ABŞ-la İran arasında vasitəçilik etməyi öz boynuna götürmüşdü. Hətta İranın xarici işlər naziri Abbas Arakçı bu məqsədlə Ankaraya səfər etmiş və Hakan Fidanla görüşmüşdü. Bu fakt sübut edir ki, İran rəsmiləri də Türkiyənin vasitəçilik missiyasını dəstəkləyirdilər. Amma sonra nə oldusa, İran Türkiyənin vasitəçiliyindən imtina etdi. Zənnimcə, bu imtinanın səbəbi İran daxilindəki fikir ayrılıqları ilə bağlıdır.

İranda SEPAH kimi mürtəce qüvvələr ABŞ-la razılaşmaq niyyətində deyillər və siyasi hakimiyyəti bundan yayındırırlar. Fikrimcə, onların bu anlaşmazlıq ortamının yaradılmasında bir neçə məqsədi var. Məqsədlərdən biri İranın tamamilə dağılmasına nail olmaq və mənimsədikləri sərvətləri ABŞ-ın təcavüzünün üstünə atmaq ola bilər. Beləcə, ABŞ İranı raket zərbələri ilə darmadağın edəndə, SEPAH rəhbərləri oğurluq vəsaitlərini toplayıb xarici dövlətlərdən birinə qaça bilərlər. Nəticədə darmadağın olmuş İranda onların izlərini belə tapmaq imkansız hala gələ bilər.

Bəzi məlumatlara görə, SEPAH da daxildən parçalanmış vəziyyətdədir. SEPAH komandirlərindən bəziləri Xamenei hakimiyyətinin artıq çökdüyünü və qurtuluşunun olmadığını düşünüb Rza Pəhləvinin tərəfinə keçiblər. Ona görə də ABŞ-ın Xamenei hakimiyyətinə zərbə endirməsində maraqlıdırlar. İnanırlar ki, ABŞ molla rejimini çökdürdükdən sonra Rza Pəhləvinin hakimiyyətə gəlmək yolları tamamilə açılacaq və ölkə idarəçiliyi fars şovinistlərinin əlində qalacaq. Məhz bu səbəbdən də Xameneiyə ABŞ-la razılaşmaması üçün təzyiq göstərirlər.

Xamenei isə onların sözündən çıxa bilmir. Əks halda, bu qüvvələr ABŞ-ın Hörmüz boğazında saxladığı gəmilərə hücum edib təxribat törədə bilərlər. Və bunu bir müddət əvvəl “Abraam Linkoln” təyyarədaşıyan gəmisinə dron hücumları ilə əyani şəkildə Xameneinin diqqətinə çatdırmışdılar. Görünür, Xamenei də bu mesajı aldığından onların iradəsinə boyun əyməyə məhkum olmuşdur.

İranın özünü “qabadayı” kimi aparmasının bir başqa səbəbi Çinin və Rusiyanın təşviqi ola bilər. Məlumdur ki, Çin növbənin ona gəlib çatmaması üçün ABŞ-ın İranla uğraşmasında maraqlıdır. Bu, ABŞ-ın Çinə hücumunu qeyri-müəyyən zamana qədər gecikdirə bilər”.

Tarix
2026.02.07 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyms Vensi Bakı səfəri zamanı kim müşayiət edəcək?

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - Deputat

Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla