Yuxarı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Deputat Kamal Cəfərov yazır: "Dövlət qulluğu sistemində elə bir mexanizm yaratmalıyıq ki, ən ucqar kənddə işləyən gənc hiss etsin və bilsin ki, biliyinə, bacarığına və fəaliyyətində göstərdiyi nailiyyətlərə görə mərkəzi aparatda yüksək vəzifəyə təyin oluna bilər".

Axar.az xəbər verir ki, bu sözləri Almaniyada yaşayan tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev bildirib.

"Yanaşma yanlışdır, əslində, elə şərait yaradılmalıdır ki, çoxluq regiona getməyə can atsın. Region mərkəzə aparan keçid məntəqəsi yox, yaşamaq, işləmək və qurmaq üçün ən arzu olunan məkan olmalıdır.

Bir gənc mütəxəssis regiona sabah mərkəzə köçmək üçün getməli deyil. O, regiona:

- orada həyat keyfiyyəti yüksək,

- qazancı qənaətbəxş,

- sosial təminatı güclü,

- peşəkar fəaliyyətin yaxşı dəyərləndirildiyi,

- ailəsi üçün şəraitin şəhərdən geri qalmadığı üçün getməlidir.

Belə olduqda həm də daxili miqrasiya inzibati yollarla deyil, təbii seçimlə tənzimlənir.

Dövlət qulluğunda mexanizm də buna uyğun qurulmalıdır. Mərkəzə keçid vəzifə yüksəlişinin yeganə göstəricisi olmamalıdır. Əksinə, regionda qalmaq, orada nəticə göstərmək, icmanı inkişaf etdirmək ən yüksək peşəkarlıq göstəricisi sayılmalıdır.

O zaman rayona gedirəm deyən və gələcəyini orada qurmaq istəyənlər daha çox olacaq, cənab Cəfərov!", - hüquqşünas qeyd edib.

Tarix
2026.02.07 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla