Yuxarı

Prezidentin Serbiya səfəri: Yeni səhifə açılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin Serbiya səfəri: Yeni səhifə açılır

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyada səfərdə oldu. Əliyevin səfəri Azərbaycanla Serbiya, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı iqtisadi-enerji əlaqələrinin daha da dərinləşməsinə imkan yaradacaq.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

“İki dövlət arasındakı dostluq münasibətləri qarşılıqlı ticarət dövriyyəsinə də təsirsiz ötüşməyib. 2025-ci ildə Azərbaycan və Serbiya arasında 134.6 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Azərbaycan Serbiyaya 120.6 milyon dollarlıq mal ixrac edib. Bu o deməkdir ki, Serbiya ilə ticarət dövriyyəsində Azərbaycanın 106.6 milyon dollarlıq müsbət saldosu var.

16 ölkəyə təbii qaz nəql edən Azərbaycan Avropanın, xüsusilə Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinə daha yaxın töhfə verir. Eyni zamanda iqtisadiyyatın fərqli sferalarında, o cümlədən turizmdə, nəqliyyatda sərmayə qoyuluşları sahəsində əməkdaşlığın daha da güclənəcəyi gözlənilir. Bu da ondan xəbər verir ki, cənab Prezidentin səfəri həm də Serbiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin dərinləşməsi və bütövlükdə tərəfdaş Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərimizin güclənməsinə gətirib çıxaracaq.

Bu səfər dövlətlər arasındakı münasibətlərdə yeni səhifə açacaq”, - deputat əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Serbiyaya 15 fevralda səfər edib. Səfər bu gün başa çatıb.

Tarix
2026.02.16 / 18:23
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla