Yuxarı

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

ABŞ İran ətrafında böyük bir armada toplayır. Bu armada silahlı qüvvələrin müxtəlif növlərindən, əsasən isə hərbi dəniz və hərbi hava qüvvələrindən ibarətdir. ABŞ İrana təzyiqlə şərtlərini qəbul etdirməyə çalışır. Söhbət İranın nüvə proqramından və nüvə silahı əldə etmək planlarından imtina etməsindən gedir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İran-ABŞ danışıqlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Omanda aparılan danışıqlardan hələlik heç bir nəticə əldə olunmayıb:

“Belə hesab edilirdi ki, ABŞ İsraillə birlikdə İrana birbaşa hücum edəcək, ölkədəki rejimi dəyişəcək və onun yerinə dünyəvi rejimin formalaşması üçün şərait yaradacaq. Lakin hazırda belə görünür ki, ABŞ birbaşa hücum taktikasından daha çox, İsrailin ön plana çıxaraq hücum etməsi və Vaşinqtonun ona dəstək verməsi variantına üstünlük verir. Yəni ABŞ və İsrailin birgə hücumu deyil, İsrailin öncül rol oynaması və ABŞ-ın ona lazımi hərbi dəstəyi göstərməsi ssenarisi daha real hesab olunur. Həmişə olduğu kimi, Donald Tramp yenidən mövqeyini dəyişən və müxtəlif yanaşmalar arasında seçim edən siyasi xətt nümayiş etdirir”.

Politoloqun fikrincə, bu məsələ ətrafında nəzəri müzakirələrin və siyasi axtarışların bir müddət davam edəcəyi gözlənilir:

“İrana qarşı hərbi əməliyyatların və ölkədə mümkün rejim dəyişikliyi ssenarisinin gündəmdə qalmaqda davam etdiyi bildirilir. ABŞ öz ordusunun birbaşa itkilərlə üzləşməsini istəmir və bu səbəbdən müttəfiqlərinə hərbi dəstək göstərmək xəttinə üstünlük verir. İsrailə daha müasir silahların verilməsi və bunun nəticəsində İranla qarşıdurmanın yeni mərhələyə keçməsi ehtimalı da istisna edilmir”.

Tarix
2026.02.17 / 16:32
Müəllif
Aysel Baxşıyeva
Digər xəbərlər

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla