Yuxarı

Tadevosyan dedi ki, Orucov Şuşada 2 saat da qalsaydı... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tadevosyan dedi ki, Orucov Şuşada 2 saat da qalsaydı... - Video

Şuşanın işğal planını hazırlayan Arkadi Ter-Tadevosyan və digərləri öz qeydlərində yazırdılar ki, mayın 10-u Şuşaya daxil olduqlarını biləndə nə edəcəklərini bilməyiblər. Onlar bu döyüşlərdə ağıla gəlməyən itkilər verdiklərini deyiblər.

Axar.az xəbər verir ki, bu sözləri Axar TV-yə geniş müsahibəsində Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov deyib.

“Əgər Tadevosyan qələbə çalmışdısa, niyə Şuşadan sonra vəzifədən azad olundu? Hətta 366-cı alayın 2-ci batalyon komandiri Seyran Ohanyana (Ermənistanın keçmiş müdafiə naziri – red.) Şuşada nə baş verdiyi ilə bağlı sual verildi. Ohanyan Nəbilər tərəfdən 366-cı alayın 12 BMP-si ilə Daşaltı istiqamətində irəliləyərək, Laçın yolunu alıb, Şuşaya girişi bağlamalı idi. Ancaq ala bilmədi. Ermənilərin Şuşada ikinci Xocalı faciəsi törətmək niyyətləri var idi. Laçın və digər yolları bağlayıb, Şuşanı mühasirəyə alıb, Azərbaycan xalqına Qarabağın bizim olmadığını sübut etmək istəyirdilər.

“Qara bağ” adlı kitabın müəllifi Tomas de Vaal mənimlə də görüşüb və kitabını təqdim etmişdi.

O kitabda da yazılıb. Arkadi Ter-Tadevosyana sual verirlər ki, böyük plan hazırladığınız halda nə üçün Şuşanı ala bilmədiniz? 11 min qoşun gətirilmişdi ki, onun da 2000-i Şuşaya hücum edirdi. Bilirdi ki, bizim Şuşada iki tank, bir QRAD, 800 əsgərimiz var.

Tadevosyan ermənilərin “26” adı verdikləri bir postu ala bilmədiklərini dedi: “Əgər Elbrus Orucov o postu iki saat da saxlasaydı, biz Şuşadan imtina edəcəkdik. Ancaq biz bilirdik ki, onların qüvvəsi yoxdur”.

Vətən müharibəsində igidlərimiz həmin alınmaz qalanı (Şuşanı – red.) 5 saat müddətində yüngül silahlarla aldılar və qələbə bayrağımızı ora asdılar. Amma biz iki gün – 36 saat qanlı döyüşlərdən sonra geri çəkilmişdik və Şuşadan çıxanda 11 nəfər qalmışdıq”, - Orucov əlavə edib.

Daha ətraflı videoda:

Tarix
2026.02.27 / 13:58
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla